Həzrət Əli (ə) gözlərimi kor etdi

22 Mart 2015
3 276
0
 Həzrət Əli (ə) gözlərimi kor etdi
 Həzrət Əli (ə) gözlərimi kor etdi


Həzrət Əli (ə) gözlərimi kor etdi

Şeyx Müfid buyurur: "Bir gün Bağdadda Cəfər adlı bir şəxs kitablarını hərraca qoyub satırdı. Yaxınlaşıb mən də bir neçə cild kitab aldım. Getmək istəyəndə Cəfər mənə dedi: Otur. Şahidi olduğum bir möcüzəni sənə danışmaq istəyirəm. Bu sənə imanının daha da möhkəm olmasına kömək edər. Şeyx Müfid deyir ki, mən onun sözünü yerə salmayıb oturdum. Cəfər dedi: Bir müddət dostumla birlikdə hədis və rəvayət elmlərini öyrənmək üçün Əbu Abdullah Mühəddis adlı bir şeyxdən dərs alırdıq. Sonralar onun həzrət Əli (ə) ilə qatı düşmən olduğu hamıya bəlli oldu. O, bəzən Həzrətin şəxsiyyətinə təhqir edici sözləri deməkdən belə çəkinmirdi. Biz hər ikimiz ona nəsihət etməyə çalışırdıqsa da o, öz inadından dönməyib deyirdi: "Mən öz əqidəmdən heç vaxt dönmərəm.”
Bir dəfə dərsdə o, həzrət Zəhraya (s) yaraşmayan söz deyəndə, artıq onun dərslərinə getməməyi qərara aldıq. "Bu cür şəxsdən dərs almağımızın faydası nədir?”– deyə düşündük.
Gecə yuxuda həzrət Əlinin (ə) Əbu Abdullah Mühəddisin evində oturduğunu gördüm. O Həzrət narazıçılıqla şeyxə dedi: "Axı sənə nə etmişəm ki, mənimlə düşmən olmusan? Məgər qorxmursanmı ki, Allah-təala səni kor edər?”
Bunu deyəndən sonra həzrət Əli (ə) şeyxin sağ gözünə işarə etdi. Yuxuda onun sağ gözünün kor olduğunu gördüm. Elə bu vaxt yuxudan ayıldım.
Səhər açılan kimi dostumla birgə Şeyxin evinə gedib onu bu məsələdən agah etmək qərarına gəldim. Elə bu fikirlə evdən çıxanda dostumun bizə tərəf gəldiyini görüb təəccüblə soruşdum: "Hara belə?” Dedi: "Dünən axşam bir yuxu görmüşəm, gəldim ki, onu sənə danışam.” Yuxuda gördüyünü soruşanda məlum oldu ki, o da mən gördüyüm yuxunu görmüşdür. Dostuma dedim: Elə mən də bu yuxunu görmüşəm.
Birlikdə şeyxin mənzilinə yollandıq. Qapını döyəndə içəridən qadın səsi gəldi: Bu gün dərs yoxdur.
Biz–niyə bu gün dərs yoxdur?–deyə soruşduq. Qadın dedi: Şeyxin halı çox pisdir. Bu gün səhər açılandan əlini sağ gözünün üstünə qoyub qışqırır ki, Əli (ə) gözümü kor etdi.”

"Elə biz də buna görə gəlmişik”– deyəndə qadın qapını açıb bizi içəriyə dəvət etdi. Şeyx bizi görüb dedi: "Axır ki, Əli (ə) məni kor etdi.”
Axşam yuxuda gördüklərimizi ona danışıb dedik ki, gəl bu inadından əl çək. Bəlkə Allah-təala sənə şəfa verə və Əlinin (ə) lütfü ilə də gözün sağala.”
Birdən qışqırıb dedi: "Əgər Əli (ə) o biri gözümü də kor etsə, yenə də mən öz düşmənçiliyimdən əl çəkməyəcəyəm!”
Ayağa qalxıb onun mənzilini tərk etdik.
Axşam yuxuda yenə həmin əhvalatı gördüm. Amma bu dəfə həzrət Əli (ə) şeyxin sol gözünə işarə edəndə, onun bu gözünün də kor olduğunun şahidi oldum. Bir müddətdən sonra onun mənzilinə gedəndə sol gözünün də kor olduğunu gördüm. Buna baxmayaraq onun həzrət Əliyə (ə) qarşı olan düşmənçiliyi daha da artmışdı. Axır ki, bu şeyx küfr ilə dünyadan getdi və cəhənnəmə vasil oldu.
("Adabi əz Qur`an”, səh, 245.)

R..T..Zemichka

http://imgs.su/tmp/2013-05-12/1368337694-332.jpg
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.