Sehir

02 Nisan 2015
4 923
0
Sehir
Sehir

Yəhudilər, Hz. Süleyman dövründən qalma sehrlə əlaqədar rəvayətlərə tabe oldular. Halbuki Hz. Süleyman sehrbaz deyildi. Şeytanlar isə insanlara vəsvəsə verirdilər və sehri onlara öyrədirdilər. Sehr yaxşıca yayıldı. Allah (cc) bunun üzərinə Babildə, mələk təbiətli Harut və Mârut'u göndərdi. Bəzi yəhudi böyükləri bunlara tabe oldular. Harut və Marut sehri, pis qayələrlə istifadə etmək üçün deyil, sehr ilə möcüzə arasındakı fərqi anlaya bilmələri üçün öyrədirdilər və öyrətmədən öncə də onlara xəbərdarlıq edirdilər. Ancaq onların xəbərdarlıqları, sehri öyrənmək istəyənlər tərəfindən diqqətə alınmadı və onu pis məqsədləri uğrunda istifadə etməyə başladılar.
Göründüyü kimi ayədə; "Halbuki Süleyman əsla sehr etmədi" yerinə, "Halbuki Süleyman əsla kafir olmadı" buyurulur. Bu da Sehrin pis və çirkinliyini göstərməkdədir. Burada küfrdən qayə, sehrdir. Ayrıca ayədə "sehr" yerinə "küfr" sözünün istifadə edilməsi, müfəssirlərcə xalqı sehrdən nifrət etdirmək və insanı küfrə apara biləcək günahlardan olduğunu ifadə etmək üçündür. Harut ilə Mârut'un sehr öyrətdiyi şəxslərə; "Biz ancaq imtahan üçün göndərilmişik əsla (sehr, cadu edib da) kafir olma" deyə xəbərdarlıq etmələri, Sehrin küfrə götürən səbəblərdən olduğunu göstərməkdədir.
Rasulallah (sallallahu aleyhi və səlləm) 'da bir hədislərində Sehrin böyük günahlardan və həlak edici yeddi şeydən biri olduğunu ifadə etmişlər. Yenə Rasulallah (s.a.s);
"Bir düyünə üfürən sehr etmiş olar. Sehr edən də şirkə girər" (Nəsai, Tahrimüd-Dem, 19) buyurmuşdur.
Qur'an-ı Kərimdə müsəlmanlara sehrbazların şərindən sığınmaları ayə ilə öyrədilmişdir:
"Düyünlərə nəfəs edən cadugərlərin şərindən Allah'a sığınıram" (Fələq, 113/4).
Əhli-sünnə alimlərinin əksəriyyəti Sehrin varlığının və təsirinin olduğunu ifadə etmişlər. Mötəzilə isə Sehrin əslində olmadığını, onun bir aldatma və sapdırma ilə əl tezliyi olduğunu ifadə etmişlər.
Alimlərin əksəriyyəti sehri öyrətmə və öyrənmənin haram olduğu barəsində ittifaq etmişlər. Çünki Qur'an-ı Kərim sehri pisləmiş və küfr olduğunu bildirmişdir. Fəxrəddin ər-Razi və Alûsî ilə bəzi alimlər sehr öyrənməkdə fayda olduğunu söyləmişlər. Bunlar da sehri bilmək surətiylə möcüzə ilə arasındakı fərqin aydın ola biləcəyi görüşündən hərəkət edərək bu hökmə gəlmişlər.
Hz. Peyğəmbər (səllalahu əleyhi və səlləm) belə buyurdu: "Yeddi məhvedici günahdan uzaq durun!" Soruşuldu ki: "Ey Allahın Rəsulu, onlar hansılardır?". Hz. Peyğəmbər (s.ə.s.) buyurdu: "Allaha şərik qoşmaq, Allahın haram buyurduğu cana haqsız yerə qıymaq, cadu etmək, faiz yemək, yetim malı yemək, düşmən ordusu ilə qarşılaşanda döyüş meydanını tərk etmək, pisliklərdən bixəbər və məsum olan mömin qadınlara böhtan atmaq " (Buxari, Vəsaya 22)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.