Heçkim toxunmasın dəyməsin mənə.

25 Nisan 2015
1 544
0
Heçkim toxunmasın dəyməsin mənə.
Heçkim toxunmasın dəyməsin mənə.


Məhəbbət eşq məni saldı bəlaya.
Üz tutub gedirəm gəlir oraya,
Coxları min söhbət atdı ortaya.
Biri bir məsləhət söyləsin mənə,
Heçkim toxunmasın dəyməsin mənə.


Bəsimdi bu sevda bəsimdi mənim.
Qelbimdə yeri var, o gül mələyin,
Coşub caglayacam bu məhəbbətin.
Oduna hər bir an dinməyin mənə,
Heçkim toxunmasın dəyməsin mənə.


Uzaq yollara mən bir iz salacam.
Adını məhəbbət bir eşq qoyacam,
Səni xatırlayıb səni duyacam.
Kənardan baxanlar gülməsin mənə,
Heç kim toxunmasın dəyməsin mənə.


Pünhan yaşayacam pünhan sevəcəm.
Cağırsan hardayam o, an gələcəm,
Seymuram sevərək köcüb gedəcəm.
Orda əbədilik yer verin mənə,
Heçkim toxunmasın dəyməsin mənə.

Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.