Pislik qarşısında mərhəmət etmək yaxşılığı..

13 Mayıs 2015
3 096
0
Pislik qarşısında mərhəmət etmək yaxşılığı..
Pislik qarşısında mərhəmət etmək yaxşılığı..
Həzrət Əli (ə) Əhli-Beyt (ə) davamçılarının xüsusiyyətlərindən birini belə bəyan etmişdir: “Əgər kimsə ona zülm etsə, onu bağışlayar. Əgər kimsə onu bəxşişdən məhrum etsə, ancaq o, var-yoxunu ondan əsirgəməz. Əgər yaxınlarından kimsə onunla əlaqəsini kəsərsə, o, rabitəni kəsməz”.

Pislik qarşısında mərhəmət etmək yaxşılığı..


Başqalarının qarşısında vəzifəmiz


Bizim öhdəmizə qoyulan vəzifələri iki yerə bölmək olar:

Bir silsilə vəzifələr vardır ki, özümüzə aiddir. Yəni özümüz necə rəftar etməliyik? Və bir silsilə vəzifələr də başqalarına aiddir. İkinci qism də iki yerə bölünür. Bu vəzifələrin bir qismi o insanlara aiddir ki, pis rəftara malikdirlər. Biz onlarla necə rəftar etməliyik? Bu pis rəftarı da bir neçə qrupa bölmək olar. Bir qrup pis rəftarlar vardır ki, birbaşa bizə aid deyildir. Ancaq yanlış bir işdir ki, edirlər. Bu cür əməllərin əmr-be-məruf və nəhy-əz-munkərə aidiyyəti vardır.


Pislik qarşısında mərhəmət etmək yaxşılığı..

Bizə qarşı edilən pis rəftarlar


Bəzi pis rəftarlar vardır ki, bizə qarşı edilir. Bu cür rəftarlara necə reaksiya verilməlidir? Bu cür rəftarları üç dəstəyə bölmək olar:

1. Başqasının vəzifəsidir, gərək mənə qarşı etməyəydi. Məsələn, qonşu zülm etməməlidir, ancaq o, etmişdir.

2. Başqasının vəzifəsidir, mənə qarşı etməyibdir, ancaq etməlidir. Məsələn, sileyi-rəhm etməlidir, ancaq etmir.

3. Elə bir vəzifədir ki, ictimai əxlaqa görə etməlidir. Baxmayaraq ki, nə onu etmək vacibatdır, nə də tərk etmək haramdır. Məsələn dosta ehtiyacın vardır. Ancaq o, gücü çatdığı halda bunu etmir.

Pislik qarşısında mərhəmət etmək yaxşılığı..


Birinci qrup daha çox əhəmiyyətə malikdir. Belə ki, bir nəfər insana zülm edərsə, haqqını tapdalayarsa, malını tələf edərsə, ona söyüş söyərsə, abrını apararsa, ona zülm etmiş deməkdir. Bu zaman nə etmək lazımdır?

Vəzifəsini yerinə yetirməmiş insana qarşı rəftarımız

Pislik qarşısında mərhəmət etmək yaxşılığı..

Əmirəl-möminin (ə) üçüncü qrup insanlar haqda buyurmuşdur: “O zaman ki, sənə ehtiyacı olur, yaddan çıxart ki, bir dəfə səni məhrum etmişdi. Ona qarşı yardımını əsirgəmə. Əgər maddi köməyə ehtiyacı varsa, gücün çatdığı qədər ona yardım et və yaddan çıxart ki, bir gün sənin maddi köməyə ehtiyacın olanda o, sənə yardım etməmişdi”.



Pislik qarşısında mərhəmət etmək yaxşılığı..

Əgər qohumlardan biri mənimlə əlaqəni kəsibsə, vəzifəsinə əməl etməmiş deməkdir. Çünki valideynə yaxşılıq etmək vəzifəsindən sonra, vacib vəzifələrdən biri də budur. Mənim bu halda vəzifəm nədir? Mən onun yaxın insanıyam, ancaq bu yaxınlıq iki tərəflidir. O, vəzifəsinə əməl etməmişdir. İllər keçir, ancaq o, mənim halmı belə soruşmur, ad günlərində təbrik etmir. Xülasə, sileyhi-rəhmi yerinə yetirmir. Elə rəftar edir ki, guya mənimlə qohum deyildir. Bu zaman vəzifəmiz odur ki, bu rabitə kəsilməsin. Mən ona baxmalı deyiləm, bu əlaqənin kəsilməməsinə çalışmalıyam. Bu, Allahın insanlar arasında qoyduğu bir bağdır və onda hikmət vardır.

Hər bir halda sileyi-rəhmin vacibliyi


Sileyi-rəhm - dini vəzifələrdən biridir ki, onun haqqında çox təəsüf ki, az bəhs edilir. Valideynə yaxşılıqdan sonra vacib bir vəzifə sayılır. Yerinə yetirməyən - həm bu dünyada, həm də axirətdə məzəmmət olunacaqdır. Allah Təala buyurur ki, necə ki, sən qohumunla əlaqəni kəsmisən, Mən də səninlə əlaqəni kəsriəm. Sənin artıq Mənimlə əlaqən yoxdur. O kəs ki, qohumu ilə əlaqəsini kəsər, Allah da ondan küsər. Bu böyük bir günahdır.



Pislik qarşısında mərhəmət etmək yaxşılığı..
Bizə zülm etmiş insanın qarşısında vəzifəmiz


Bizə zülm etmiş insana qarşı reaksiyamız dörd cür ola bilər:

1. İnsan ona zülm etmişə qarşı kəskin reaksiya göstərər. Quran bu haqda buyurur: “Bu haram ay o haram ayın əvəzindədir, bütün hörmətlər əvəzli və qarşılıqlıdır. Demək, hər kim sizə təcavüz etsə, siz də onun təcavüz etdiyi kimi ondan əvəz alın! Allahdan qorxun və bilin ki, Allah təqvalılarladır”. (“Bəqərə”, 194).

Pislik qarşısında mərhəmət etmək yaxşılığı..

2. Məsəl çəkərək mübarizə etmək.

3. Görməməzliyə vurmaq və güzəşt etmək.

4. Nəinki pis rəftarına güzəşt edər, hətta onun qarşısında yaxşı iş görər.


Pislik qarşısında mərhəmət etmək yaxşılığı..



Dördüncü qrupun ictimai dəyəri daha çoxdur. Əhli-Beytin (ə) əxlaqı da bu cür olmuşdur. İmam Sadiq (ə) haqda belə yazırlar: “Bir nəfər Həzrətə pis söz deyir. Həzrət də bahalı bir malı xidmətçisinə verir və buyurur: “Bunu apar və evində ona ver. Demə kim göndərib.” Xidmətçi deyir ki, mən o kisəni götürüb, həmin adama verdim. O, dedi: “Allah hər il bizə bu cür kisə göndərənə rəhmət etsin”. Bu hədis təqribən bu ayəyə bənzəyir: “Yaxşılıq ilə pislik bir deyildir. (Pisliyi) yaxşlıq ilə dəf et! O zaman səninlə arasında düşmənlik olan şəxs, səmimi bir dost kimi olar”. (“Fussilət”, 34).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.