İbadət iki cürdür.

17 Mayıs 2015
1 065
0
İbadət iki cürdür.
İbadət iki cürdür.

"İbadət iki cürdür : Birincisi müsbət, ikincisi mənfi.Müsbət məlumdur. Mənfi isə xəstəlik və fəlakətlərlə qarşılaşdıqda acizliyini və zəifliyini hiss edib itaətkaranə şəkildə Rəbbinə yönəlmək .

Onu düşünüb, Ondan mədət umaraq ibadətlə bütüləşməyi əhatə edir. Bu ilahiləşməyə yalan qarışa bilməz, o təmizdir. Əgər səbr etsə, bu müsibətin mükafatını düşünsə, o zaman hər bir saatlıq ibadəti bir günlük hesab olunar. Çox qısa ömrü uzanar.” Lemalar

Rəsulullahın (s.ə.s.) ən mükəmməl formada icra etdiyi Allaha qulluq vəzifələrindən biri də səbrdir.O (s.ə.s.) səbr imtahanını da hicrət, döyüş, neçə müsibət və sıxıntılarla ən yüksək nəticələrlə keçmişdir.

Namaz möminin meracıdır. Xəstəliklər və müsibətlər də ucalmaq üçün başqa nərdivanlardan biridir. Bir müsəlman Allahın hər əmrini dinlədikcə və hər qadağasından qaçdıqca mənəvi olaraq ucalar. Bu ucalmalardan bir başqası da xəstəlik və müsibətlərə səbr vasitəsilə olur. Məruz qaldığı xəstəliklər insanın aciz bir qul olduğunu, nəqliyyat hadisələrindən tutmuş sellərə, fırtınalara qədər heç bir hadisənin qarşısını alma gücü olmadığını göstərər.

Xəstəliklər də eyni zəifliyi insanın daxilində göstərərlər. Xarici təsirlər kimi daxilindəki hadisələr qarşısında da acizliyini anlayan insan müalicə olunmaq üçün lazımi tədbirləri aldıqdan sonra Rəbbinə təvəkkül edər, müalicəni Ondan istər. Bu hal hər bir mömin üçün inkişafdır, tərəqqidir.

Ömür boyu belə müxtəlif formada ortaya çıxan hadisələrlə imtahan olunan insanlar, qısa ömrün sonunda əbədi həyata qovuşacaqlar. Bu kölgələrin əsillərinə qovuşacaq, mərifət və məhəbbət nemətini də kamalıyla orda tapacaq və dadacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.