Neyləyimki Məndə Buyam

27 Mayıs 2015
2 807
0
Neyləyimki Məndə Buyam
Neyləyimki Məndə Buyam
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm
Düşünməki hər, baxışı görüb onu sevəsiyəm
Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm

Adətim bu, hər yetənə könül verməm…!
Hər yetəndən, könül almam ,
Neyləyim ki , məndə buyam.
Neyləyimki Məndə Buyam
Məhəbbəti eşqə vurub, sevda ilə toplayaram
Kərəm yanıb hər nə olsa, mən yanmaram
Lazım olsa, Fərhad kimi, dağ yararam, dağ caparam,
Sevgimdə hec -vaxt tükənməm…!

Bezmərəm hec usanmaram,
Neyləyim ki, məndə buyam

Neyləyimki Məndə Buyam
Bəzən xeyal uzaqlara cox aparır salır məni,
Nədəndisə bircə anlıq ,özlüyümdən alır məni
Hər nə olsa unutmaram, imanımı mən dinimi
Olsa belə ağlım bihuş, fikir dəm-dəm

Sönməz olan yanan şamam
Neyləyim ki ,məndə buyam
Neyləyimki Məndə Buyam
Anam məni sevə- sevə gətiribdi ,bu dünyaya,
Sevə- sevə məndə onu ucalmışam göyə aya
Sevənləri özün qoru uca Rəbbim ya Xudaya
Üzsə məni bu cahanda kədər və, qəm,

Kəpəzimdən güc alaram
Mətin məğrur dəyanaram,
Neyləyim ki ,məndə buyam
Neyləyimki Məndə Buyam


Mən Seymuram
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.