Qırmızı alma ye

24 Ağustos 2015
2 050
6
Qırmızı alma ye
Qırmızı alma ye

Şeyxin dostlarından biri belə nəql edir:

Şeyxlə birlikdə Kaşan şəhərinə getmişdik. Şeyx adəti üzrə hər hansı bir yerə gedəndə ilk dəfə əhli-qüburu ziyarət edərdi. Kaşanın qəbristanlığına daxil olduqda Şeyx dedi:

Əssəlamu ələykə, ya Əba Əbdillah!

Bir qədər irəliləmişdik ki, buyurdu: Nə isə bir qoxu hiss etmirsinizmi?

Dedik: Xeyr.

Soruşduq: Nə qoxusu?


Dedi: Qırmızı alma qoxusu hiss etmirsinizmi?

Dedik: Xeyr.

Bir qədər irəli getdik. Şeyx qəbristanlıqda işləyən bir şəxsi gördükdə soruşdu:

Bu gün burada kimi isə dəfn ediblərmi?

O şəxs cavabında dedi: Sizin qarşınızda olan qəbir təzədir, bu gün dəfn olunmuşdur. Sonra bizi həmin qəbrin yanına apardı. Orada bizim hamımız qırmızı alma ətrini hiss etdik.

Soruşduq: Bu nə iydir?
Şeyx buyurdu: Bu şəxs dəfn olunan zaman Seyyidüş-şühəda imam Hüseyn (ə) buraya gəlibmiş. Onun gəlişi səbəbi ilə, qəbristanlıq əhlinin hamısından əzab götürülüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Nastinko
    Supper xəbərdi təşəkkürlər
  2. Jessica
    Maraqlı xeberdi teşekkürler
  3. royus
    • royus
    • 26 Ağustos 2015 11:36
    super xeber tesekkurler
  4. SEHRI
    • SEHRI
    • 25 Ağustos 2015 15:09
    maraqlı xəbərdi.Əllərinə sağlıq
  5. Eylül
    • Eylül
    • 25 Ağustos 2015 10:38
    Oxumuşdum.Maraqlı xəbərdi.Saq olun.
  6. Səma
    • Səma
    • 25 Ağustos 2015 01:26
    Buyrun şərhləriniz bildirə bilərsiz
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.