Budur...

05 Eylül 2015
3 015
4
Budur...
Budur...

Budur...

BUDUR
Biz başqa dünyanın adamlarıyiq
Bəzən xəyallarda duyğulardayıq
Böyük bir limansan,mən isə, qayıq
Sən ayrı,mən ayrı,fərqimiz budur


Əl catmaz ulduzuq,səma üzündə
Olmuşuq uzaqda səhra düzündə
Qismət talehinin sayça yüzündə
Qalmışıq çarəsiz dərdimiz budur ...


Məhəbbət ürəyə hökm edən varlıq
Cıxardar insanı taxta bir anlıq
Əgər görərsənsə ondan qarşılıq
Sanarsan ölümsüz eşqimiz budur ...


Kənardan kənara baxsaqda yad tək
Talehin qisməti bizlərə fələk
Nə edək ürəyə teskinlik verək
Əzəldən söyləyək bəxtimiz budur ..


Seymurun sözünda olmayar nöqsan
Sən özün cahanda dünya həyatsan
Çevrilib kecmişə bir anlıq baxsan
Görərsən pünhanca sirrimiz budur ...

Müəllif : SEYMUR SÖNMƏZ
03.09.2015
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    yaxsi serdi.,,,,,,,,,,,,,
  2. Lami95
    tewekkurler seire gore
  3. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 12:43
    hər zamankı kimi qəşəng şerdi.əllərinizə sağlıq.
  4. allah bendesi
    elinize ureyinize sagliq tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.