Mükafat “cənnət” olacaq

09 Aralık 2015
2 857
0
Mükafat “cənnət” olacaq
Mükafat “cənnət” olacaq


Kəndçimiz Əhməd dayının
Taleyi çox acı olub.
Ümidi on yeddi idi,
Yeddi dəfə hacı olub.

Eşidib ki, bu yaxında
Dövrü-qiyamət olacaq.
Şeytana çox daş atana
Mükafat “cənnət” olacaq.


Soraq edib mələklərə, -
Kimin var tanış-tunuşu?
Nə var-nə var o dünyada
Olum peyğəmbərə qonşu.

Mən peyğəmbər nəvəsiyəm,
Kökün üstündədir toxum.
Sizcə hansımız yaxınıq,
Yaxın qonşu, uzaq qohum?!


Şairin günahı nədir?
Üzü bəyaz, günü qara.
Ən uzağı özün cıra,
Günə bir qutu siqara..

Bu etdiyim günahlardan
Vallah, xəcalət çəkirəm.
Siz deyən cənnət budursa,
Mən üstündən xətt çəkirəm!


( Toğrul Turqut )
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.