Bankir və Ot Yeyən Kişilər :)

25 Ocak 2016
1 572
2
Bankir və Ot Yeyən Kişilər :)

Bankir və Ot Yeyən Kişilər :)

Bank sahibi öz bahalı limuzinində evə gedir, birdən yolun qırağında qazon (ot) yeyən iki nəfər görür. Narahat şəkildə sürücüsünə əmr edir ki, maşını saxlasın, nə baş verdiyini öyrənə bilsin.
Onlardan birindən soruşur:
-Axı siz niyə qazon yeyirsiniz?
Kişilərdən biri yazıq şəkildə cavab verir:
- Yemək almağa pulumuz yoxdur, ona görə də ot yeməli oluruq.
- Onda gəlin bizə gedək, mən sizi yedirdərəm –bankir deyir.
- Çox sağ olun, amma gedə bilmərəm, axı mənim iki uşağım, bir də arvadım var, onlar o ağacın altındadırlar.
- Qoy, onlar da gəlsin- bankir üzünü o biri kişiyə tutub - siz də gəlin –deyir.
- Axı mənim də arvadım və altı uşağım var.
- Eybi yox, qoy onlar da gəlsin.
Hamısı birlikdə iri dəbdəbəli maşına minirlər. Yola düşdükdən sonra kişilərdən biri bankirə baxaraq deyir:
- Siz necə də xeyirxahsınız. Bizim hamımızı apardığınız üçün çox sağ olun.
- Utanmayın, mən bunu etdiyimə görə çox şadam. Bizim ev sizin xoşunuza gələcək, orda ot ən azı 20 santimetr daha hündürdü.



Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ceyla
    • ceyla
    • 26 Ocak 2016 12:04
    coooxx guldum))))))))Allah sizi guldursun
  2. allah bendesi
    :)))) mende dedim goresen ne qonagliq verecek bunlara...coxx sag olun paylawim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.