Bizik

06 Şubat 2016
1 925
2
Bizik
Bizik


Bizik

Bəzən ətək kəsən, bəzən əl tutan,
Sonuncu tikəni bölən də bizik!
Torpağı pay verən, düşmənə satan,
Torpağın qədrini bilən də bizik!

Özgəyə yol verib, özü yol azan,
Gah quyudan çəkən, gah quyu qazan,
Misli görünməmiş tarixlər yazan,
Tarixi yaddaşdan silən də bizik!



Haqdan danışanı asırıq dardan,
Namusu qoruyub keçirik ardan.
Özü-öz halına baxıb kənardan
Ağlayan da bizik, gülən də bizik..!

Yoxsuldan, yetimdən dayanıb gendə,
Kefi kök gəzirik çöldə, çəməndə...
Göylərə əl açıb, dara düşəndə,
Allahın yoluna gələn də bizik!


Təzadlar içində üzürük, nədən
Yola gedə bilmir bir başla bədən?
Vətəni tərk edib qürbətə gedən,
Vətənin yolunda ölən də bizik!

Muellif :Afaq Şıxlı

Bizik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 6 Şubat 2016 20:44
    Bu şeiri oxumuşdum, lakin bir daha da oxumaq çox xoş oldu. Şeir reallığı əks etdirən bəndlər üzərində qurulmuşdur. Bəzən insanın demək istədikləri maraqlı, ibrətli hekayələrdə, müdriklərin kəlamlarında, o cümlədən şeirlər də təzahür edir. Eləcə də bu şeirdə fikirləşib , dilə gətirə bilmədiyimiz cümlələr öz əksini tapmışdır.
    Paylaşdığın üçün çox sağ ol)
  2. allah bendesi
    yaxşidir paylaşim ucun sag olun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.