Sirli Ölümlər

28 Şubat 2016
3 069
2
Sirli Ölümlər
Sirli Ölümlər

Cənub Afrikanın Keyptaun şəhərindəki bir xəstəxanada davamlı olaraq sirrli ölümlər olurdu. Tibb bacıları həftələrdir üst üstə hər cümə günü 311 nömrəli reanimasiya otağına yerləşdirilən xəstələri ölü tapmaqda idilər. Bu sirli ölümlərə uzun müddət şərh gətirilə bilmədi. Hər kəs məsələnin həll edilməsi üçün səfərbər oldu.
Mütəxəssislər otağının havasını bakteriyolojik olaraq nəzarət etdilər. Cənubi Afrikanın tanınmış elm adamları ölənlərin ailələri ilə üç həftə boyunca görüşmələr etdilər. Hətta işə polis də müdaxilə etdi və ağlagələn hər ehtimal tək-tək qiymətləndirildi, ancaq onların araşdırmaları da nəticəsiz qaldı.
Və təbii bu vaxt 311 nömrəli otaqdakı xəstələr səbəbsiz ölməyə davam edirdi. Son çarə olaraq xəstələrin qaldığı 311 nömrəli reanimasiya otağı davamlı qarovul altına alındı və sonunda otaqdakı ölümlərin səbəbi ortaya çıxdı.
Nəticə çox tragikomik idi -
Cümə günü səhər saat 6-da otaqları təmizləyən qadının
xəstənin bağlı olduğu tənəffüs cihazını elektrikdən ayıraraq, öz elektrik süpürgəsini qoşduğu və işini bitirdikdən sonra tənəffüs cihazını təkrar yerinə taxıb getdiyi görüldü…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    aa qadina bax xestexanada işleyesen ama ne etdiyini bilmeyesen..maraqli paylaşimdir ellerinize sagliq
  2. alara
    • alara
    • 28 Şubat 2016 11:13
    yaziqlar adi bir sehve gore olubler qadininda deyesen hec suru yox imis
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.