İnandığımız nağıllar 3-ci hissə

24 Mart 2016
2 348
1
İnandığımız nağıllar 3-ci hissə
İnandığımız nağıllar 3-ci hissə


İnandığımız nağıllar 3-ci hissə

Yazar: Məsudə Cabbar

İnandığımız nağıllar 3-ci hissə

O gün doğum günüm idi. Həyatım boyu doğum günü keçirə bilməmişəm. İmkan olmayıb buna.
Anamın mən on iki yaşında olarkən qonşuları çağırıb həyətdə ümumi masa açaraq , tort kəsməsini saymasaq .yəni.
Canım anam..
Hər zaman əlindən gələn qədər bir şeylər etməyə çalışardı..
Dərs ili yeni başlayan zaman qrupdaki qızlar hər kəsin adını və doğum tarixlərini bir dəftərə qeyd etdilər. Bu işlərə əsasən iki qız, Gülşən və Aydan baxırdı. Ona görə haradasa şübhələnirdim ki, ad günüm olduğunu bilirlər. Amma hələ ki ortalıqda bir şey yox idi. Sözlə belə olsa təbrik etməmişdilər deyə , bilirdim ki, nə isə alıblar. Çünki, balaca bir tort belə olsa mütləq aramızda atışıb nə isə alırdıq hər kəsə..

Son dərsdən çıxdıqdan sonra hələ də bir söz deməkdə "dirəşərək" gəzməyə getməyi təklif etdilər bir ağızdan. Can dərdi də olsa razılaşdım. Ona görə can dərdi ki, əlavə bir şey içməyə cibimdə bir manat da olsa yox idi. Yenə də şansıma güvənib gedəcəkdim.
O günün sonunda şükür ki, hər şey təxmin etdiyim kimi oldu və Park bulvarda bir dilim tort yedim, və gözlərimi qamaşdıran hədiyyəni aldım.. Qırmızı rəngli gitara..
Həyatım boyu aldığım ən gözəl hədiyyə idi..
Və həyatım boyu keçirdiyim ən gözəl doğum günüm.
Niyə gitara? deyə düşündünüz böyük ehtimal.

Çünki,məni az da olsa tanıyan hər kəs gitaraya olan "xəstəliyimi" bilirdi. O qədər çox sevirdim ki, özümdə olmasa belə "youtubda " izlədiyim videolardan və dostumdaki İspaniyadan sifarişlə gətirtdiyi sarı gitarasından bir çox melodiyanı ifa etməyi öyrənmişdim.
İçimdə bütün hisslərim əl - ələ verib yallı getsə də özümü çox da itirməməyə çalışdım və hər birinə təşəkkür etdim. O gün evə necə getdiyimi xatırlamıram. Həmin gün dünyada çiynimə asdığım gitara çantası ilə məndən daha xoşbəxti yox idi..
Amma kaş bu xoşbəxtlik bir neçə saatdan artıq davam etsəydi..

İnandığımız nağıllar 3-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ne oldu goresen yene en heyacanli yerinde qaldi:((..tesehkkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.