Uğur qazanmağın 10 əsas şərti

08 Mayıs 2016
1 243
0
Uğur qazanmağın 10 əsas şərti
Uğur qazanmağın 10 əsas şərti

1. MARAQLARINIZIN ARDINCA GEDİN:
İnsanlar öz maraqlarınızın arxasınca getsə, müvəffəqiyyətli olma ehtimalları da yüksək olar. Çünki ən böyük uğurlar maraqlara yönələn fəaliyyətlə əldə olunur.

2. ƏZMİNİZ ƏN BÖYÜK SƏRVƏTİNİZDİR:

Çox ağıllı olduğumdan deyil, problemlərlə məşğul olmaqdan imtina etmədiyimə görə bacarıram. Arzu etdiyiniz yolun sonuna çatacaq qədər səbirlisiniz? Məktub markalarının gedəcəyi yerə qədər məktuba yapışıq qalması kimi... Öz həyatınızın poçt markası olun və başladığınız işi bitirin.

3. BUGÜNƏ FOKUSLANIN:

İki atı eyni anda sürə bilməzsiniz. Bir şey edə bilərsiniz amma hər şeyi mükəmməl şəkildə edə bilməzsiniz. Keçmiş bitmişdir, indiyə fokuslanın və bütün enerjinizi bu anda etdiyiniz işəyönəldin.

4. XƏYAL GÜCÜ GÜC VERİR:

Təxəyyül sizi gözləyən gözəlliklərin başlanğıc halı kimidir. Xəyal gücü reallıqdan daha qüvvətlidir, hansı ki, bu güc gələcəyinizi təyin edir. Zəkanın gerçək əlaməti xəyal gücüdür. Bu səbəbdən təxəyyülünüzün paslanmasına heç vaxt icazə verməyin.

5. SƏHV EDİN:

Heç vaxt səhv etməyən insan yeni bir şeyi sınamamış kimidir. Səhv etməkdən qorxmayın. Mükəmməlliyətçi olmaqdan qaçın. Insanoğlu səhv edərək öyrənir. Müvəffəqiyyət qazanmaq istəyirsinizsə etdiyiniz səhvləri üç dəfə artırın və hər dəfəsində daha çox şey öyrənin.

6. DƏYƏR YARADIN:

Müvəffəqiyyətli olmağa deyil, dəyərli olmağa çalışın. Zamanınızı müvəffəqiyyətli olmaq üçün xərcləməyin, dəyərlər yaradın. Əgər qiymətli olsanız müvəffəqiyyət də özbaşına gələcəkdir.

7. BU GÜNÜ YAŞAYIN:

Mən gələcəyi ümumiyyətlə düşünmürəm onsuzda necə olsa gələcək. Gələcəyi nizamlamağın tək yolu bacardıqca indiki anı yaşamaqdır. Vacib olan yalnız bunu xatırlamaqdır.

8. FƏRQLİ NƏTİCƏLƏR GÖZLƏMƏYİN:

Dəli — eyni şeyləri təkrar – təkrar edən və hər dəfəsində fərqli nəticələr gözləyən adamdır. Hər gün eyni şeyləri yaşayıb fərqli cür görünə bilməzsiniz. Həyatınızın dəyişməsini istəyirsinizsə özünüzü dəyişdirməyiniz gərəkdir.

9. BİLİK TƏCRÜBƏDİR
:
Bilik məlumat deyil. Bilməyin yeganə yolu təcrübədir. Bir mövzunu müzakirə etmək, sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Bir mövzunu həqiqətən bilmək istəyirsəniz, onu təcrübədən keçirməlisiniz.

10. QANUNLARI ÖYRƏNİN VƏ OYUNU DAHA YAXŞI OYNAYIN.

Həyatın da öz qanunları var. Onlara əməl etmək müəyyən mənada bizə fayda versə də bəzən sıxıntıya düşməmizə səbəb olur. Həyatın qanunlarını öz qaydalarınıza uyğun şəkildə yaşayın. Belə etsəniz bir çox mürəkkəb problemlər gözünüzdə hədsiz kiçiləcəkdir və həyatdan zövq ala bilməyiniz üçün kifayət qədər çox səbəb tapacaqsınız.

Müəllif: Babək BAYRAMOV
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.