Amma mən unutmadım...

25 Mayıs 2016
2 458
0
Amma mən unutmadım...
Hadisə İngiltərədə baş verib...

Yaşlı bir kişi, səhər tezdən evdən çıxmış və yol ilə gedərkən bir velosipedçinin ona vurması ilə yerə yuvarlanmış və yüngülcə yaralanmışdı. Yoldan keçənlər yaşlı kişini tez yaxındakı xəstəxanaya aparmışlar. Yaşlı kişini lazımi müayinədən keçirmiş və bir müddət gözləməsi, hər hansısa qırıq olmadığından əmin olmaq üçün rentgen çəkdirmək gərəkdiyi söylənmişdi. Qoca isə narahat olmuş və tələsdiyini bildirmişdi. Tibb bacıları maraqla onun hara tələsdiyini soruşmuşlar:
-Həyat yoldaşım Qocalar evində qalır. Hər səhər onunla qəlyanaltı etməyə gedirəm. Gecikmək istəmirəm. – demiş. Tibb bacısı: yoldaşınız siz geciksəniz yəgin ki, narahat olar - deyir.

Qoca kədərli ifadə ilə:
-Çox təəssüf ki, həyat yoldaşım Alzeymer xəstəsidir və mənim kim olduğumu belə xatırlamır – deyir.
Tibb bacıları heyrətlə madam ki, sizin kimliyinizi xatırlamır onda niyə hər gün onunla qəlyanaltı etmək üçün tələsirsiniz? - deyirlər.

Qoca isə cavab verir: Amma mən onun kim olduğunu unutmadım...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.