Potensialını hiss et!

01 Haziran 2016
1 858
0
Potensialını hiss et!
Qarşılaşdığımız hər bir maneə, eniş-yoxuş məqsədimizə doğru gedən yolda bizi ləngidir. «Mən pisəm» və yaxud «Mən bəxtsizəm» kimi ifadələr isə, şüuraltımıza sanki bizi uğursuzluqlarla qarşılaşdırmaq əmrini verir. Bundan başqa, ətrafınızdakı insanlar da sizin haqqınızda yanlış fikirdə olacaqlar. Bəs çıxış yolu hardadır?

Özünüzü həyatda qazandıqlarınıza görə uğurlu insan hesab edin. Kimisi iş yerində bir ay çalışdıqdan sonra özünü uğurlu insan hesab edə bilər. Digər biri isə ildə 20.000 dollar qazanaraq özünü xoşbəxt hesab edə bilər. Üçüncüsü isə, gün ərzində həyat yoldaşı ilə mübahisə etməyəndə özünü uğurlu hesab edir. Gördüyünüz kimi, uğur nisbi bir anlayışdır, insanlara görə dəyişir.

Siz özünüzü nə qədər bəxtsiz, uğursuz hesab etsəniz də siz daim yeriməyi öyrənən uşaq kimisiniz. Necə ki, uşağı iməklədiyi, yıxıldığı üçün mühakimə etmirik, biz də həyatın məşəqqətli yollarında yıxılarkən özümüzü mühakimə etməməliyik, yenidən durmalı və davam etməliyik. Siz daim daha yaxşı işçi, mütəxəssis, həkim və ya nəzarətçi olmaq istədikdə balaca uşağın atdığı addımları atırsınız. Siz bir sıra uğursuzluqlarla qarşılaşsanız da, sonda uğura nail olacaqsınız. Çünki, uğursuzluqlar da uğurun tərkib hissəsidir.

Özümüzü olduğumuz kimi qəbul edək. Bizim qərarlarımız və davranışlarımız bizim şəxsi həyatımıza və bir çox digər insanların həyatlarına böyük təsir göstərir. Biz daim inkişaf edirik, dəyişirik, formalaşırıq, kamilləşirik, hansı ki, bu prosesi öz xeyrimizə yönəldə bilərik. Bizim ən yaxın müttəfiqimiz dəyişikliklərdir.

Diqqətinizi özünüzün kim olmaq istədiyinizə yönəldin və artıq sizə heç bir köməyi olmayan şeyləri geridə qoyun. Zəif nöqtənizi güclü xüsusiyyətinizə çevirin, özünüzə inam formalaşdırın. Bütün dəyişiliklər sizin daxilinizdə güclü bir potensial kimi gizlidir. Siz özünüzü kim olaraq təsəvvür edirsinizsə və o cür hərəkət edirsiniz və gələcəkdə elə həmin insan olacaqsınız. Siz dəyişsəniz ətrafınızdakı hər şey dəyişəcəkdir. Yeni düşüncə tərzi yeni həyat deməkdir.

Elə bu an oyanın və daxilinizdəki potensialı anlamağa çalışın. Istədiyiniz həyata nail olmaq üçün lazımi qərarları, inancları görməyi bacarın. Siz həqiqətən mi getməyə hazırsınız? Elə bu an belə bir səyahətə çıxmağı istəyirsiniz mi? Axı siz öz həyatınızı proqramlaşdırırsınız.

Babək BAYRAMOV
motivasiya.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.