Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları

25 Temmuz 2016
1 714
0
Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları
Çox çillərim var və bu xoşuma gəlmir deyirsinizsə, Feat.Az sizə çillərdən xilas olmağın təbii yollarını təqdim edir:

Qara üzüm


Təzə qara üzümü iki yerə bölüb çilli hissəyə sürtün. 10 dəqiqə gözlədikdən sonra yuyun. 15 gün ərzində hər gün təkrarlayın. Bir neçə gün ara verib yenidən istifadə edin.

Kətan toxumu


2 yemək qaşığı kətan toxumunu 250 qram qaynar suya qatıb qarışdırın. Soyuduqdan sonra süzüb üzünüzə sürtün. Quruduqdan sonra yuyun. 1 ay boyunca hər gün təkrarlayın.

Limon, bal və cəfəri qarışığı


1 yemək qaşığı bal, 5 dəstə cəfəri və yarım limonu blendırdan keçirin. Əldə etdiyiniz suyu çil olan hissəyə sürtün. Yaxşıca quruduqdan sonra üzünüzü yuyun. Limon turşulu olduğundan, hər gün istifadə etsəniz dərinizi quruda bilər. Bu qarışığı iki gündən bir istifadə edin, istifadə etdiyiniz günlərdə üzünüzü yuduqdan sonra mütləq nəmləndirici ilə nəmləndirməniz də lazımdır.

qadınklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.