Hündürdaban ayaqqabı geyinmək üçün – QAYDALAR,ayaqqabı, dikdaban, geyinməyin, hündürdaban, ayağı, qoyun, sonra, önünə, verin, yavaş, uyğun, ayaqqabılar, deyil, istirahət, çətin, kiçik, ayağınıza, addımlar, sağlamlıq
Ana səhifə

Hündürdaban ayaqqabı geyinmək üçün – QAYDALAR

Hündürdaban ayaqqabı geyinmək üçün – QAYDALAR
Dünyanın ən qəşəng hündürdaban ayaqqabısını belə geyinsəniz, düzgün yerimədiyiniz halda bütün gözəllik məhv olar. Feat.Az dikdaban ayaqqabı geyinməyin incəlikləri ilə sizi tanış edir.

1. Kiçik addımlar atın

Zərif görünmək istəyirsinizsə kiçik addımlar atın və dizlərinizi qırmayın.

2. Yerə əvvəl topuğunuzun qoyun


Əvvəl topuq sonra barmaqlar.

3. Dik durun

Çiyinlər geridə, çənə yerə paralel.

4. Düz bir xətdə yeriyin

Önünüzdə düz bir xətt varmış kimi düşünün. Bir ayağı digərinin önünə atın.

5. Evdə məşq edin

Ertəsi gün toy, məclis, şənlik və s. kimi hər hansı dəvətə gedəcəksinizsə, bir gün əvvəldən ayaqqabıları ayaqlarınıza alışdırın.

6. Ağırlığınızın bir ayağınıza verin

Yeriməyiniz qədər duruşunuz da əhəmiyyətlidir. Bir ayağı digərinin önünə qoyun və ağırlığı bir ayağınıza verin. O ayaq yorulanda digərinə keçin.

7. Arada bir istirahət edin

Lakin istirahət etdikdə ayaqqabılarınızı çıxarmayın. Çıxardıqdan sonra geyinmək daha çətin olacaq. Bundan başqa, yorğun ayaqdan qoxu gələ bilər.

8. Hər gün dikdaban geyinməyin


Hər gün dikdaban ayaqqabı ilə gəzmək sağlamlıq baxımından doğru deyil. Bəzi günlər altı düz ayaqqabılar seçin, ya da daha alçaq dikdabanlar geyinin.

9. Bir anda yüksək dikdaban geyinməyin


Altı düz ayaqqabı geyinməyə vərdiş etmisinizsə, bir anda hündürdaban ayaqqabılara keçməyə cəhd etməyin. Nisbətən kiçik dabanlarla başlayıb, yavaş-yavaş yüksəldin.

10. Ayaq ölçünüzə uyğun ayaqqabı alın


Ayağınıza uyğun ayaqqabı geyinmədikdə yalnız hündürdaban ayaqqabılar deyil, altı düz ayaqqabılarda da yeriməyiniz çətin olar.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz