İncəbelli qadınların 5 sirri

30 Ağustos 2016
1 596
0
İncəbelli qadınların 5 sirri
İncə bir belə sahib olmaq istəməyən qadın yoxdur. Ancaq incə belli olmaq üçün diqqət etməli olduğunuz bəzi incə məqamlar vardır. Ətrafınızda gördüyünüz və qibtə edərək baxdığınız o incəbelli qadınların kiçik sirləri vardır.

Qatıq

Aparılan araşdırmalar gündə 3 kasa qatıq yeyən insanların daha asan zəiflədiyini və bel ətrafındakı yağların da azaldığını göstərir. Qatıq, kilo vermək istəyənlər üçün tərkibindəki karbohidrat və zülal baxımından olduqca sağlam bir qidadır. Gündə 1 boşqab qatıq, gündəlik kalsium ehtiyacının 30%-ni qarşılayır. Qatıq günün istənilən vaxtı yeyilə bilər.

Pomidor


Pomidorun tərkibində yüksək nisbətdə vitamin A və C vardır. Orta boy bir pomidor 35 kaloridir və gündəlik almalı olduğunuz C vitamininin 40%-ni, A vitamininin isə 20% -ni təşkil edir. Pomidorun prostat və həzm sistemi xərçənglərinin riskini azaltdığı da isbat edilmişdir.

Bibər


Bibərin tərkibində yüksək miqdarda antioksidan vardır. Beta karoten də bir növ antioksidandır və immunitet sistemini gücləndirir. Gündə 2 ədəd bibər C vitaminin 30%-ni qarşılayar və yalnız 20 kaloridir.

Su


Sağlam qidalanmanın ən əhəmiyyətli elementi olan su, qida dəyəri olmamasına baxmayaraq bədən funksiyalarında, həzmdə, maddələr mübadiləsidə və hüceyrə qorunmasında vacibdir. Su, kilo vermək istəyənlərin də ən böyük köməkçisidir. Belə ki, iştahı azaldır, maddələr mübadiləsini sürətləndirir. Əgər qeyri-kafi su içirinizsə, bədən aldığı suyu tutar və qabarıqlıq yaşanmasına səbəb olur. Qabarıqlıq və təzyiq problemləri yaşamamaq üçün kafi nisbətdə su içmək lazımdır.

Tərəvəz


Tərəvəz, meyvə, yağsız süd məhsulları, mineral su, bitki çaylarının tərkibində bol su vardır. Eyni zamanda qovun, portağal, kahı və pomidor kimi meyvə və tərəvəzlərin də su məzmunu yüksəkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.