Yuxuda sekslə məşğul olmusunuzsa... - MƏNASI

25 Eylül 2016
21 649
0
Yuxuda sekslə məşğul olmusunuzsa... - MƏNASI
Yuxular bəzən şüuraltının əksidir. Bəzən də sizə həyatınızla əlaqədar işarə verə bilər. Budur, Feat.Az ən çox görülən 7 yuxu və mənaları ilə sizi tanış edir.

Yuxuda uşaq görmək


Yuxuda uşaq görmək çox vaxt yaxşıya işarədir. Uşaq oğlandırsa, yaxşı xəbər alacağınıza işarə edir. Uşaq qızdırsa, çox çətinlikdən sonra xoşbəxtliyə qovuşmağa, çətinliklərin bitdiyinə və ya nizamlı bir ailə həyatına işarədir. Ağlayan körpə sevilən bir adamdan eşidəcəyiniz tərif dolu sözlərə, gülən körpə isə mövcud olan çətinliyin əhəmiyyətsiz olduğuna və tez keçəcəyinə işarədir. Yuxuda ağlayan uşaq görmüsünüzsə, peşman olacağınız şeylər edə bilərsiniz. Xoşbəxt körpə görmək çətinliklərdən xilas olmağa işarədir.

Yuxuda hamilə olmaq


Yuxuda özünüzü hamilə görməyiniz gözlədiyiniz əhəmiyyətli bir işin gerçək olacağına və ya sevindirici xəbər eşidəcəyinizə işarədir. Həmçinin, həmin adamın varlanacağı mənasını da verir. Yuxuda hamilə olduğunu görən qadının varlı olması təriflənməsinə işarədir. Bəzən hamiləlik sevgiyə işarə edir. Hamilə olmaq yaxşı bir xəbər almaq ehtimalı da yaradır. Ya da gözlənilən xəbərin müsbət bir nəticə tapacağı kimi yozulur. Yuxuda hamilə olduğunu görən kişinin gizlədiyi, ortaya çıxmasından qorxduğu məsələlərin onu kədərləndirəcəyi kimi şərh olunar.

Yuxuda cinsi əlaqəyə girmək


Əgər yuxuda cinsi əlaqəyə girdiyiniz adam sevgiliniz və ya həyat yoldaşınızdırsa, xəyallarınıza qovuşacaqsınız. Amma tanımadığınız bir adamla cinsi əlaqə yaşayırsınızsa, bu vəziyyət etibarınızın sarsılacağına işarədir. Kişi yuxuda qadınla cinsi əlaqəyə girdiyini görürsə, istəklərinə qovuşacaq və işində yüksəliş olacaq. Əgər bir qadın yuxusunda bir kişi ilə cinsi əlaqəyə girirsə, bu, onun bədbəxt dövr yaşayacağına işarədir.

Yuxuda uşaq doğmaq


Yuxuda doğmaq xeyirə işarədir. Yuxunu görən adamın ruhunun hər cür pislikdən, kədərdən xilas olması, problemlərin aradan qaldırılması kimi şərh edilir. Yuxusunda doğan adam sağlam, xoşbəxt və rahat həyat yaşayacaq. Arvadı hamilə olan kişinin yuxusunda arvadının oğlan uşağı doğmasını görməsi qız olacağına işarədir. Qız doğması isə kədər və çətinliyə uğrayacağına işarədir. Bir qadının yuxusunda hamilə olduğunu və uşaq doğduğunu görməsi ərinin varlı olacağı kimi yozulur.

Yuxuda dəniz görmək


Ümumiyyətlə, yaxşıya yozulur. Dənizin rəngi mavi və durudursa, insanın həyatının rəngarəng olacağına işarədir. Dalğalı dəniz yaşanan çətinlik və problemlərdən sonra gələcək xoşbəxtlik kimi şərh olunar. Dənizdə üzən adamı səfərlər gözləyir. Dəniz dalğalarını uzaqdan seyr edən adamın tənha bir həyat keçirəcəyinə işarədir. Dalğasız və sakit dəniz xoşbəxtlik və müvəffəqiyyət xəbərçisidir. Dənizdə fırtına görmək həyatın gedişatının dəyişəcəyinə, bu dəyişikliklərdən sonra dincliyə qovuşmağa işarədir. Gəmi ilə dənizə çıxan insanın həyatında dəyişikliklər ola bilər. Dənizin gözəl suyuna heyranlıqla baxmaq sevgi xəbərçisidir. Köpüklü dəniz isə miras olaraq yozulur.

Yuxuda öpüşmək


Yuxuda çox zaman tanıdığınız və ya tanımadığınız insanlarla öpüşdüyünüzü görürsünüz. Tanıdığı birini öpən adam çox qısa müddət sonra onunla rastlaşacaq. Sevgilisini öpən tez bir zamanda ondan xəbər alacaq. Tezliklə görüşə də bilər. Yuxusunda tanımadığı qadını öpən kişi ani qərarla evlənəcək. Qiymətli bir daşı öpən adam maddiyyata əhəmiyyət verir. Onun həyatında sevginin yeri yoxdur. Yuxuda öpüşmək dost qazanmağa da işarədir. Bəzənmiş qadını öpdüyünü və ya qucaqladığını görən kişinin dul qadınla evlənməsi və onun malından faydalanması kimi yozulur. Ölünü öpmək ölünün malından faydalanmaq kimi şərh edilir.

Yuxuda yuxu görmək

Yuxuda yuxu görən insan diqqətli olmalıdır, çünki yuxusunda gördüyü hadisələr eynilə həyatına əks oluna bilər. Eyni zamanda, həqiqiliyinə şübhə etdiyi bir xəbər eşidə bilər. İnsan yuxuda yuxusunu yozan insan görürsə, təriflənəcək və ya çoxdan xəbər eşitmədiyi insan haqqında eşidəcək.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.