Qabriel Qarsia Marquezdən Aforizmlər

Qabriel Qarsia Marquezdən Aforizmlər
Məşhur yazıçı Qabriel Qarsia Marquez həyatın necə yaşanması və nələrə diqqət edilməsi lazım olduğunu 13 gözəl və təsirli cümlələrlə bizlərə izah edir. Budur həyat üçün 13 sətir:

1. Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə! Gülümsəmənə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən.
2. Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.
3. Vaxtını səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə.
4. Bəlkə də Tanrı doğru adamla qarşılaşmadan əvvəl yanlış insanlarla tanış olmağını, onu tanıdığında isə minnətdar olmanı istədi.
5. "Bitti" deyə kədərlənmə, "Yaşandı" deyə sevin.
6. Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm.
7. Heç kim göz yaşlarına layiq olmaz, onlara layiq olan adam isə səni ağlatmaz.
8. Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmayacağı mənasını verməz.
9. Gerçək dost, əlini tutan, ürəyinə toxunandır.
10. Birinə yadlaşmağın ən pis forması yanında otura – otura, ona heç bir zaman çata bilməyəcəyini bilməkdir.
11. Hər zaman səni incidəcək kimlərsə olacaq, etməyin lazım olan şey insanlara güvənməyə davam etmək, lakin, kimə iki dəfə güvənəcəyinə daha çox diqqət etməkdir.
12. Birini yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü yaxşı bir adama çevir və kim olduğunu bildiyindən əmin ol.
13. Özünü çox məcbur etmə, ən gözəl şeylər onları heç gözləmədiyin zaman olur.
motivasiya.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.