Axmaqlığın beş qanunu

Axmaqlığın beş qanunu
İtalyalı alim, iqtisadçı və tarixçi Karlo Çipolla (1922-2000) idiotluq fenomenini tədqiq edərək gəldiyi nəticələri "axmaqlığın beş qanunu" kimi ifadə edib.
1) Adamlar öz ətrafında kimlərin axmaq olduğunu heç vaxt dürüst bilmirlər
– Həmişə elə vəziyyətlər yaranacaq ki, normal hesab etdiyiniz adamın əslində axmaq olduğunu aşkar edəcəksiz;
– Onlar gözlənilməyən yerdə və vaxtda qarşınıza çaxaraq planlarınızı alt-üst edəcəklər.

2) Axmaqlıq insanın digər keyfiyyətlərindən asılı deyil
- illərlə aparılan müşahidələr və əldə olunmuş təcrübə məni o qənaətə gətirdi ki, insanlar fərqlidilər, bəzi adamlar axmaqdır, axmaq olaraq doğulurlar. Bu, bir bioloji (genetik) məsələdir, sosial-mədəni faktorlardan çox da asılı deyil. Məsələn, bəzi insanlar kürən ya birinci qrup qanla doğulduğu kimi, bəzi insanlar da axmaq doğulurlar”.
“Keyfiyyətli təhsil sisteminin mövcudluğu cəmiyyətdə axmaqların sayını dəyişmir! Bu nəticə universitetlərdə aparılmış çoxsaylı eksperimentlərlə əldə olunmuşdur. Eksperimentlər beş qrup üzərində aparılıb: tələbələr, ofis işçiləri, xidməti personal, administrasiya əməkdaşları və müəllimlər. Mən aşağı kvalifikasiyalı işçiləri təhlil edən zaman axmaqların sayı gözlədiyimdən artıq oldu. Və mən bunları sosial şərtlərdən irəli gəldiyini düşündüm: yoxsulluq, seqreqasiya, təhsli çatışmazlığı. Amma sosial nərdivanla daha yuxarılara qalxarkən, eyni mənzərəyə ofis işçiləri və tələbələr, müəllimlər, professorlar arasında da rastlaşdım… Qadınlar və kişilər arasında da axmaqların sayı ilə bağlı fərq yoxdur… Ikinci qanun onu deyir ki, yüksək inkişaf yolu keçmiş cəmiyyətdə yaxud Polineziyada ibtidai ovçular arasında olmanızdan asılı olmayaraq, insanların hansısa məchul sayı bir qayda olaraq axmaqlardır və onlar (birinci qanuna əsasən) sizin təxmin etdiyinizdən istənilən halda çox saydadır…”

3) Axmaq – elə adamdır ki, onun hərəkətləri digər insanlar üçün zərərə səbəb olur, bununla belə özü də heç nə əldə etmir və hətta özünə də ziyan vurur.
Çipolla adamları 4 şərti qrupa bölür:
sıradan, yaxud ortabab adamlar (O);
qanunları və digər qaydaları pozmadan özləri və başqaları üçün faydalı olanlar, yaxud fərasətlilər (F);
qanun xaricində özləri üçün fayda götürənlər, yaxud banditlər (B);
axmaqlar (A).
Bir kəsin hərəkətləri özü üçün ciddi ziyan olmadan başqasının irəli düşməsinə səbəb olursa, belə olan halda, həmin kəs “O” qrupuna aiddir.
Bir kəs cəmiyyətdə mövcud olan hüquq, əxlaq və başqa normalar çərçivəsində həm özünə, həm də başqasına fayda gətirən hərəkətlər edə bilirsə, beləsi “F” qrupuna aid edilir.
Bir kəs başqalarına aşkar üsulla ziyan vurmaq yolu ilə özü üçün fayda götürürsə, “B” qrupuna aiddir.
Nəhayət, bir kəs öz hərəkətləri ilə həm özünə, həm başqalarına ziyan vurursa, “A” qrupuna aiddir.

4) Normal adamlar axmaqların dağıdıcı potensialını heç vaxt dürüst qiymətləndirə bilmirlər.
Xüsusən, axmaq olmayan adamlar qarşısındakının axmaq bir kəs ola biləcəyini çox vaxt yaddan çıxarır. Bu isə, istənilən vaxt, istənilən yerdə və şəraitdə səhvə yol verə bilmək ehtimalı yaradır.
“O” qrupuna daxil olan adamlar axmaqlar qarşısında son dərəcə acizdilər. Təəcüblüdür ki, “F” qrupuna daxil olan daha bəsirətli adamlar, hətta “B” qrupuna daxil olan istedadlı cinayətkarlar da axmaqların qurbanına çevrilə bilirlər. Peşəkar cinayətkar təşkilata üzv olan (və aydındır ki, axmaq olması qrup üzvlərinə hələ məlum olmayan) bir adam həmin qrupu çox axmaq bir vəziyyətə qoyub, ifşa edilməsinə səbəb ola bilir. Kriminalistika praktikasında bu hala dair yüzlərlə misallar var. Insaf naminə qeyd edək ki, məhz bu cəhətləri ilə axmaqlar cəmiyyət üçün bəzən faydalı da ola bilir.

5) Axmaq- ən təhlükəli şəxsiyyət tipidir
Axmaq adam adi banditdən təhlükəlidir. Adi banditin fəaliyyət yekunu maddi nemətlərin birilərinin əlindən digərlərinin əlinə qanunsuz keçidində ifadə olunur. Məsələn, oğrular birinin evindən pul və ya əmlak oğurladıqda mülkiyyətin qanunsuz (kriminal) əldəyişməsi baş verir. Son nəticədə cəmiyyət bundan sərvət məcmusunda itirmir, bəzi hallara hətta irəli düşə bilər. Məsələn, korrupsiya yolu ilə xeyli pul əldə etmiş və bunu gizlədən, güman ki ömrünün sonunadək üzə çıxarmayacaq adamdan oğurlanan pulu oğrular xərcləməyə başlayırlar, bununla pul dövriyyəyə qayıdır. Faktiki cinayət olsa da, bu halda cəmiyyət sırf iqtisadi cəhətdən irəli düşür. Əgər cəmiyyətdə idarəçilik postlarında duran hər kəs bandit olsa belə, bu, cəmiyyətin yaxın perspektivdə məhvinə səbəb olmaz. Məsələn, korrupsiyalaşmış ölkələrdə xırda məmurlardan tutmuş ən yuxarıyadək sistem rüşvət bataqlığında olur. Bununla belə, həmin cəmiyyətlər yaşamağa davam edir, sıravi adamlar rüşvətə uyğunlaşır, öz işlərini mövcud korrupsiya qaydalarına əsasən qururlar. Doğrudur, belə cəmiyyətlər normal ölkələrdən hər cəhətdən geri qalır, amma yaşayır, müəyyən qədər də inkişaf edirlər.
O vaxt ki, səhnəyə axmaqlar çıxır, vəziyyət kökündən dəyişir. Onlar cəmiyyət üçün faydalı perspektivlər açmadan, ziyan vurmağa başlayırlar. Məsələn, axmaq idarəçilər zəruri miqdardan artıq, heç vaxt istifadə olunmayacaq və ya sonradan başqa ölkələrə satıla bilməyəcək silah və hərbi texnika istehsalına yüz milyonlarla pul xərcləməklə qaba israfçılıq edir, bununla ölkənin iqtisadi inkişafına və rifahına ciddi ziyan vururlar. Nemətlər tükədilir, ölkə yoxsullaşır.
Tarix təsdiq edir ki, istənilən dövrdə istənilən ölkə yalnız o halda gerçəkdən inkişaf edir ki, hakimiyyətdə axmaq olmayan adamlar üstünlük təşkil edir və onlar ölkədə yaradılan nemətlərin fəal axmaqlar tərəfindən məhv edilməsinin, yaxud banditlər tərəfindən mənimsənməsinin qarşısını alırlar. Hakimiyyətdə yüksək mənsəblərdə axmaqların təmsil olunması onunla nəticələnir ki, bu adamların ətrafında bandit şəbəkəsi formalaşır. Bandit şəbəkəsi yaranmış əlverişli vəziyyətdən maksimum yararlanaraq, sürətlə varlanır və ən pisi də odur ki, topladığı sərvəti təhlükəsizlik üçün ölkədən birdəfəlik çıxarmaqla məşğul olurlar. Iqtisadi nəzəriyyədə buna “qaçaq kapital” deyilir. Əgər yüksək ranqlı banditlər taladıqları sərvəti məhz öz ölkəsinin iqtisadiyyatına investisiya etsə, nə qədər kriminal bir fəaliyyətlə məşğul olmalarına rəğmən, ölkə ümumi yekunda yoxsullaşmaz. Əsas itki məhz bundadır ki, onlar talanan sərvəti ölkədən birdəfəlik qaçırırlar.
Fb: Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.