Dekabr Ayinda Burcler ne ved edirler,2016,burcler,ayliq,ekabr burcleri,ayliq,illik,yeni il,astroloji proqnoz,2017,yeni
Ana səhifə

Dekabr Ayına bürclər nə vəd edirlər?

01 Dekabr 2016
5 296
1
Dekabr Ayına bürclər nə vəd edirlər?
Qoç - 2016 Dekabr ayı sizin üçün könül işlərində gözəl olacaq. Qoçun cütlər evinin idarəçisi və eşq planeti Venera Dekabr ayının böyük bir hissəsində şanslı evdədir və Qoçun cütlər evində olan Böyük Xeyirxah Yupiterlə yaxşı əlaqələr içərisində olacaq. Qısacası məmnuniyyət verici hadisələr, əyləncə, məqsədə istiqamətli ortaq proyektlər və ümumiyyətlə çiçəklənən bir dövr gözləyə bilərsiniz. Birlikdə gəzintilər, dostların, başqa insanların və himayəçilərinizin iştirak etdiyi toplu fəaliyyətlər Qoçların eşq həyatı üzərində müsbət təsir yaradacaq. Dekabr 2016 eşq və cinsilik mövzusunda öz fəlsəfənizi inkişaf etdirmək, meydana gətirmək və ya araşdırmaq mövzusunda da maraqlı inkişaflar vəd edir. Dekabr 2016 boyunca Qoçlar professional həyatlarındakı fürsətlərdən məhrum olmayacaq. Kiçik Xeyirxah Venera, ilk həftəni Qoçun karier evində, ayın geri qalan qismini isə Qoçun dəstəkçilər və köməkçilər evində keçirəcək. Sırayla Qoçun karier evinin idarəçisi Saturn da parlaq Günəşlə görüşür. Siz həm də Qoçun idarəçisi Mars və Böyük Xeyirxah Yupiterin meydana gətirdiyi gözəl üçbucağın şanslı təsiri altında olacaqsınız. Lakin professional qərarlarınızı diqqətlə nəzərdən keçirməlisiniz, çünki Qoçun iş evinin idarəçisi Merkuri, Qoçun sosial status və karier evində 19 Dekabr 2016 - dan sonra retrograd hərəkətinə başlayacaq, bu da bu deməkdir: bəzi şeylər hər vaxt göründüyü kimi olmaya bilər. Məlumat, iş, ünsiyyət və medianın Qoçların professional müvəffəqiyyətləri üzərində böyük təsiri ola bilər. Daha köhnə planınızı yenidən gözdən keçirə bilərsiniz. Dekabr 2016, xüsusilə razılaşmalar, kooperasiya, sizə müvəffəqiyyət və pul gətirəcək olan kollektiv işlər üçün uyğundur. Qoçların fiziki vəziyyəti Dekabr ayı boyunca sanki yaxşıdır, lakin mühit çox stressli olacaq. Məcburiyyət, gərginlik və ifrata meyl sizə çətin zamanlar yaşada bilər. Köhnə bir xəstəlik yenidən ortaya çıxa bilər. Lakin Dekabr ayı sağlamlıqla və gigiyena ilə əlaqədar problemləri həll etmək və müayinələrə davam etmək üçün uyğundur. Əgər ağırlaşmalar olsa ikinci bir həkimin tövsiyəsinə müraciət etməli və yenidən tibbi təhlillərə davam etməlisiniz.

Buğaların əlaqələri, eşq planeti Veneranın və Buğanın cütlər evinin idarəçisi Marsın Buğanın karier evində olduğu Dekabr 2016 boyunca karierləriylə əlaqəli olacaq. Artıq professional qərarlarınıza hissləriniz təsir edəcək və ya partneriniz sizin yüksəlmənizə köməkçi olacaq və ya onun sosio - professional müvəffəqiyyətindən siz də faydalanacaqsınız, ya da sizinlə iş əlaqəsi olan biriylə eşq əlaqəsi yaşayacaqsınız v. s. Ehtiraslı, romantik və xüsusilə erotik xəbərdarlıqların xariclə, səyahətlərlə və ya məsafələrlə və ya müəyyən mədəni və ruhi ortaq hədəflərlə əlaqəsi ola bilər. Ancaq gözlənilməz, kompleks və dərin dönüşlər yaşana bilər və Buğalar üçün Dekabr kritik bir ay ola bilər, çünki Buğanın sevgi və cinsilik evinin idarəçisi Merkuri - gərgin bir sahədə retrograd edəcək. Dekabr 2016, təqdimat və müvəffəqiyyət əldə etmək üçün mükəmməl bir aydır. Buğanın idarəçisi Venera, təşəbbüs, ehtiras və hərəkət planeti Marsla birlikdə Buğanın karier evində yerləşib. Açıqca söyləmək lazım olsa, diqqət mərkəzindəsiniz, podiumda olduğunuzu söyləyə bilərik. Venera və Mars Buğanın iş və məsuliyyət evində olan Böyük Xeyirxah Yupiter ilə üçbucaq meydana gətirir! Yeni perspektivlər sizin üçün açıqdır, əlverişli şərtlər sizləri gözləyir və sizi irəli aparacaq. Hərəkət halındasınız və əgər özünüzə düşən vəzifəni yerinə yetirsəniz, maraqlı nəticələrə nail ola bilərsiniz. Dekabr 2016 - da Buğaların pulu ümumiyyətlə başqaları (ailə, ortaqlar, kolleqalar) tərəfindən təmin edilərkən, maliyyə qərarlarınızı çox diqqətlə nəzərdən keçirməlisiniz. Buğaların fiziki dayanıqlılığı bu dövrdə yaxşıdır, əhvalları yüksək və sağlamlıq problemləri olmamalıdır. Ancaq özünüzü məhdudlaşdırmalısınız, çünki ifrata meyl sizə fayda təmin etməz. Dekabr 2016 - da şirniyyatı, yağlı qidaları və duzlu yeməkləri azaltmanız, tətil yeməklərində mədənizi həddindən artıq yükləməməniz və daha çox idman etməniz lazımdır.

Əkizlər - Günəş - Saturn qovuşmasının Əkizlərin cütlər evinə göstərdiyi təsirlə birlikdə, Dekabr 2016 Əkizlər bürcü üçün əlaqə mövzusunda əhəmiyyətli bir ay olacaqdır. Bu ayda əhəmiyyətli bir hadisə, təcrübə və ya qərar ortaya çıxa bilər. Böyük ehtimalla bu şey, sizin cüt həyatınızı klassik ehtiyaclarınıza uyğun gələcək şəkildə sabitliyə qovuşduracaq və ya normallaşdıracaq və uzunmüddətli təsirləri olacaq. Qısaca Dekabr 2016 Əkizlərin eşq həyatı üçün uyğundur və hər şeyi yaxşıya doğru dəyişdirəcək. Əgər ciddi bir əlaqəniz yoxdursa və daha uyğun birini axtarırsınızsa, əlaqənizin ciddiləşəcəyini gözləyə bilərsiniz. Dekabr 2016 məsuliyyət tələb edir, lakin əyləncə və zövq baxımından da zəngin olacaq. Noyabr 2016 - Yanvar 2017 dövrü ulduz konfiqurasiyası sizi iş, sərmayə, kredit, vergilər, sponsor tapma, ortaqlıq pulu və vəsaitləri mövzusunu yaxından araşdırmağa dəvət edir. Bu elə bir dövrdür ki, Əkizlərin idarəçisi Merkuri yuxarıda bəhs edilən sahələr arasında gedib gələcəkdir. Dövrdəki ən əhəmiyyətli, aktiv və böyük ehtimalla ən stressli və çətin ay Dekabr olacaq; lakin dərslər çıxarmaq və bir şeyi bacarmaq baxımından ən zəngin ay da odur. Yeni mali təşəbbüslər üçün yaxşı bir dövr olmasa belə, Dekabr ayı araşdırma və analiz üçün uyğundur. Digər tərəfdən Əkizlərin çalışması Dekabr 2016 boyunca təsirli olacaq və ortaqlıqlar və kooperasiya əhəmiyyət daşıyacaq. Faydalı ortaqlıq və ya ittifaq ortaya çıxa bilər. Əkizlərin idarəçisi Merkurinin kritik mövqedə olmasıyla, Dekabr 2016 boyunca sağlamlığınıza bir az diqqət yetirməniz lazım gələ bilər. Çox narahat olmamalısınız, çünki Əkizlərin xəstəliklər evinin idarəçisi gərgin bucaqlar yaratmır, lakin bunu da unutmamalısınız: kədərlənməkdənsə bir az çox tədbirli olmaq yaxşıdır. Əkizlərin ruhi vəziyyəti Dekabr 2016 boyunca o qədər də yaxşı sayılmamaqdadır. Daha çox optimist olmanızda və ətrafınızda müsbət, xoşbəxt insanlar saxlamanızda fayda vardır.

Xərçəng - Dekabr ayı Xərçənglər üçün eşq mövzusunda qarışıq bir aydır, çünki Yengəcin cütlər evində Merkuri retrograd hərəkət edəcək. Ünsiyyət, sinxronizasiya problemləri, ziddiyyətli vəziyyətlər, düşüncə dəyişikliyi v. s. kimi problemlərlə qarşılaşa bilərsiniz. Bu problemlərdən bəziləri sizin nələrinsə fərqində olmanızı təmin edərək, eşq həyatınızı nizamlamanız lazım olduğunu göstərəcək. Bu təkamül bəzən narahat edici, əsəb pozucu, stressli ola bilər. Yengəclərin eşq həyatındakı hər cür təlaş məsuliyyətlər, iş, məcburiyyətlər və ya ehtiyaclar ilə əlaqəliymiş kimi görünür. Bu məzmunda bəzi tədbirlər və ya qərarlar ala bilərsiniz. Siz həm də hər cür şeydən narahat olmağa meylli olacaq, eşq və cinsilik mövzusunda psixologiyanız kompleks olacaq. Yengəcin iş evində olan Saturnun, bu evin idarəçisi Yupiterlə meydana gətirdiyi altmışlıq bucaq iş mənasında qazanclı bir Dekabr ayı nəzərdə tutmaqdadır. Siz təsirlisiniz, işlərinizi yaxşı nizamlayırsınız, vəzifələrinizi ən gözəl şəkildə yerinə yetirərkən parlayırsınız, inkişafınız sabitdir və uzun vədəli proyektlər üçün bu inkişafın maksimum əhəmiyyəti ola bilər. Eyni zamanda, əgər dəyişikliklər etmək, metodlarınızı, vizionunuzu, gəlirinizi və hətta iş mühitinizi yeniləmək və ya inkişaf etdirmək istəyirsinizsə bunu asanlıqla edə bilərsiniz. Siz böyük ehtimalla əhəmiyyətli bir qərar vermək məcburiyyətində qalacaqsınız. Dekabr 2016 Yengəclər üçün mali mövzularda (təşəbbüslər, satın almalar, sərmayələr və s.) çox aktiv bir dövrdür. Müxtəlif əlavə qaynaqlardan gələn pul yolunuza çıxacaq. Kooperasiya və razılaşmalar mövzusunda sağlamfikirli olmalısınız. Yengəcin xəstəliklər evində yaxşı mövqedə yer alacaq Günəş - Saturn qovuşması, Dekabr 2016 - ın sağlamlıq problemlərinizə həllər tapacağınız, görünüş, baxım və həyat tərzinizdəki problemləri ələ alıb düzəldə biləcəyiniz bir ay olduğunu nəzərdə tutur. Bədəniniz üçün uyğun olan planlar nə olursa olsun, ailənizin dəstəyini hiss edəcəksiniz.

Şir - Dekabr 2016 Aslanlar üçün ehtiras dolu olacaq. Aslanın idarəçisi Günəş, Aslanın eşq və erotizm evində olacaq, əlaqələr evindəysə şəhvətli Venera və alovlu Mars yer alacaq. Cinsiliyiniz dolub daşacaq, verəcək çox şeyiniz olacaq, lakin eyni zamanda müdhiş başdan çıxarılma aclığınızı ortaya qoyacaqsınız. Hər hansı bir mübarizəyə şiddətli və ani reaksiyalar verməyə meylli olacaq, damarlarınızda yandırıcı, fırtınalı duyğular və adrenalin artacaq. Dekabr 2016 boyunca Aslanlar isti həftələr keçirəcək və bu həftələr boyunca eşq odu hər an alovlana bilər. Lakin diqqətli olun çünki romantik eniş çıxışlar mühakimənizi bulandıra bilər və reaksiyalarınız həddindən artıq instinktiv və ya partnerinizin xoşlamayacağı növdən ola bilər! Kritik vəziyyətlərin ortaya çıxması da mümkündür. Dekabr 2016 - ın qazancı insanlarla necə ünsiyyətə keçdiyinizə bağlıdır: razılaşmalar, əməkdaşlıq, ittifaqlar, komanda çalışması bunlardan bəziləridir. Aslanın karier evinin idarəçisi Venera Aslanın əlaqələr evindədir. Lakin eyni evdə Mars da yerləşib, bu da digərlərini ortaq hədəflər istiqamətində hərəkət etdirəcəyiniz və ya onların sizi hərəkət etdirəcəyi mənasına gəlir. Lakin üfüqdə rəqabət, yarış və hətta bəzən qopmalar da görünür. İşin əslinə gəlincə, Dekabr 2016 boyunca siz sanki durğunmuşsunuz, ya da hər cür kompleks və ya gözlənilməyən vəziyyətlərlə qarşılaşırmısınız kimi hiss edə bilərsiniz. Vəziyyətdən çıxa bilmək üçün tamamilə mütəşəkkil olmalı və fokuslanmalsınız. Pula gəlincə orada da vəziyyət eynidir: tədbirli olun, tələskənlik etməyin və pulunuzu israf etməyin! Dekabr 2016 boyunca Merkuri Aslanın pul evində retrograd edəcək və Pluton, Uran və Yupiterlə gərgin bucaqlar meydana gətirəcək. Bu yaxşı bir mövqe deyil, buna görə də diqqətli olun və heç bir şeyi şansa buraxmayın! Nəzəri olaraq, sizin sinir və tənəffüs sisteminiz kövrəkdir, lakin yalnız onlar deyil: həll edilməmiş hər hansı bir tibbi problem yenidən ortaya çıxa bilər və ya daha da pisləşə bilər. Xüsusilə bayramlarda diqqətli olun! Risklərdən və şişirtmədən uzaq dayanmalısınız.

Qız - Dekabr 2016 - da, Qız bürclərinin əlaqələrinə pul və məsuliyyət qayğısı damğasını vuracaq. Bir çox Qız bürcü üçün narahatlıqlar, "necə daha çox pul qazana bilərik", "bu satışdan faydalanaq", "uşağı uşaq bağçasına aparaq, çünki evdə təmizlik var" növündən ortaq və adi ola bilər. Digər Qız bürcləri üçün, pul, iş və öhdəçiliklər motivasiya, alovu yandıran qığılcım, onu davam etdirən oksigen kimi təsir edəcək. Beləcə, mali rahatlıq təqdim edən birinə maraq duya bilər, iş yoldaşınıza yaxınlaşa bilər, ciddi və professional yanaşmalarına görə heyran olduğunuz adama aşiq ola bilərsiniz. Hər iki vəziyyətdə də, Dekabr 2016 - da Qızın sevgi həyatına şüurluluq və praktiklik hakimdir. Ancaq bu, hər vaxt ən yaxşı seçim edəcəkləri mənasına gəlməz. Vəziyyət bir az kompleksdir... Dekabr 2016 hədsiz məşğul olacağınız bir aydır. Qabınızda çox şey var amma ən qəribəsi bundan kef alırsınız, enerjili və təsirlisiniz. İş sizə mali və romantik məmnuniyyət verəcək, çünki Venera və Mars Qızın iş evindədir. Yalnız bürcünüzü deyil, karier evinizi də idarə edən Merkurinin mövqeyi, intellektual qaynaqlarınızı, ünsiyyət qurma qabiliyyətinizi, çevikliyi və bacarığı yaradıcılıq, ifadə gücü və şans ilə birləşdirən fəaliyyətlərdə ən yaxşı nəticəyə çata bildiyinizi söyləyir. Bəlkə Dekabr 2016 boyunca hər şey düzgün şəkildə getməyəcək (Merkuri retrograd dövründədir), bəlkə də bir şübhə, axtarış və çətinlik dövrü keçirirsiniz, ancaq nəticələr (Yanvar - Fevral 2017 - də açıqca görüləcək) səyinizə dəyər. Dekabr 2016, Qız bürclərinin formalarına və sağlamlıqlarına xüsusi maraq göstərdikləri aktiv bir ay olacaq. Sanki daha yaxşı görünmək, daha təbii bir həyat yaşamaq, daha nizamlı bir həyat tərzi qurmaq və potensial sağlamlıq problemlərini həll etmək üçün ciddi tədbirlər aldığınız zamanı seçmisiniz. Ümumi müayinələr, diş həkimlərinizlə müntəzəm görüşmək, rəqsə və ya idman salonuna getmək və ya tətillərdən əvvəl diyet etmək üçün yaxşı bir aydır.

Tərəzilər üçün Dekabr 2016, şəhvət dolu bir ay olacaq. Sevgi planeti Venera və şəhvət planeti Mars eyni anda Tərəzinin sevgi evində olduğu müddətcə onsuz da başqa cür də ola bilməzdi. Venera - Mars tandeminin sevgi evinizdə olması, cinsi impulslarınızı hərəkətə gətirir; romantizminiz və macəra ruhu, müsbət, sevimli şərtlər təqdim edər və sizi sevməyə doğru uyğunlaşdırar. Cinsiliyinizi yenidən kəşf etmək, yeni erotik təcrübələr aparmaq və mövcud əlaqənizi seks yoluyla yenidən başlatmaq üçün möcüzəli bir dövrdür. Mars Tərəzinin cütlər evinin idarəçisi olduğu üçün, onun sevgi evindəki varlığı, Dekabr 2016 - da seksin sizin cüt olaraq xoşbəxtliyinizin açarı olduğunu sübut edir. Bəzi Tərəzilər üçün uşaq, hamiləlik və ya valideynlik mövzuları əhəmiyyətli olacaq. Dekabr ayı qabiliyyətlərinizi, imicinizi və ya təqdim etdiyiniz məhsul / xidmətlərin təqdimatını etmək üçün də mükəmməl bir aydır. Dekabr 2016 - da Venera və Mars yalnız sevgi mövzusunda deyil, eyni zamanda professional fürsətlər yaratmağa gəlincə də yanınızdadır. Yupiter (Tərəzinin İş evinin idarəçisi) ilə uyğun bir sahəyə yerləşən Venera və Mars, özünüzü ən yaxşı şəkildə təqdim etmənizə, xüsusiyyətlərinizi ola bildiyincə cazibədar bir şəkildə ortaya qoymanıza və başlatma, təqdim etmə və paylaşma hərəkətlərinizi reallaşdırmanıza kömək olacaq. Onlar həm də incəsənətdəki yaradıcılığınızı, ifadə gücünüzü və hətta idmanla əlaqədar fəaliyyətlərinizi də təşviq edərlər. Tərəzilərin Dekabr 2016 - da böyük bir performans göstərdiyi bir başqa sahə də məlumat və ünsiyyət olacaq. Bütün ay işlər, yazı yazma, danışıqlar, reportajlar, müzakirələr vs. üçün əlverişlidir. Maliyyə sahəsində qabaqda gedirsiniz. Dekabr 2016 - ın ilk iyirmi günü boyunca formanız qeyri adi, enerjiniz ən yaxşı şəkildə olacaq. Ancaq son on gün sürprizlərlə nəticələnə bilər: 19 Dekabrda Mars Tərəzinin xəstəliklər evinə girəcək və sizi infeksiyalara, iltihablanmaya, tələskənlikdən və ya diqqətsizlikdən yaranan yaralanmalara, qanamalara, kəskin vəziyyətlərə meylli hala gətirəcək. Buna görə də tətildə daha diqqətli olmalı və ifrata məruz qalmamalısınız.

Əqrəblərin eşq həyatında Dekabr ayı gizliliyə olan ehtiyacın daha basqın olacağı bir ay olacaq. Əgər edə bilsəniz, partnerinizi gizli bir küncə, daha isti və rahat bir yerə aparacaq və xoşbəxtliyi paylaşacaqsınız. Əgər edə bilmirsinizsə, ev də pis bir yer deyil və yaxınlarınız da bu şəkildə yer ala bilər. Başqa bir sözlə Əqrəbin cüt olaraq maraq sahələri ev ətrafında (evi yenidən tənzimləmə, ev əşyaları alma və gündəlik ev işləri) və ya ailə yığıncaqlarında formalaşa bilər. Xatirələr sizə narahatlıq verəcək və ya siz köhnə sevgilinizlə qarşılaşacaqsınız. Dekabr 2016 - ın son on günü boyunca cinsi istəyiniz, romantik impulslar və ehtiraslarınız artacaq. Yolunuza bu mövzuda bəzi fürsətlər çıxa bilər... Dekabr 2016 - ın son on günü boyunca Günəş Əqrəbin pul evində olacaq. Beləliklə gəlirinizi artırmağa çalışacaq, təşəbbüskar duyğularınız itiləşəcək, büdcənizlə, ailənizlə və ya firmanızla (əgər varsa) əlaqədar qərarlar verəcək və hər cür şeyləri satın almağa çalışacaqsınız. Daşınmaz əmlak və miras çoxlu hərəkət və səy tələb edir. Nəqliyyat vasitəsi satın almaq istəyə bilər və ya məlumat sahəsinə sərmayə qoya bilərsiniz. Hər hansı maliyyə hərəkətinizi diqqətlə düşünməli və danışıqları bacarıqla ələ almalısınız. Hər hansı müqaviləni imzaladığınız zaman həddindən artıq diqqətli olun! Ümumiyyətlə, Dekabr ayı boyunca yazdığınız, söylədiyiniz və qərar verdiyiniz şeylərdə həddindən artıq diqqətli olmanız lazımdır. Dekabr 2016 Əqrəblərə əhəmiyyətli miqdarda əsəb gərginliyi və agitasiyaya və stressə yönəliş gətirəcək. Əgər mümkündürsə intellektual baxımdan özünüzü zorlamayın və istirahət etmə və rahat nəfəs almaq üçün zaman ayırın. Digər tərəfdən Merkurinin Əqrəbin hərəkət evindəki retrograd hərəkəti Pluton, Uran və Yupiterlə uyğunsuz bucaqlar meydana gətirir və buna görə səyahət zamanı və ya əşyalardan, cihazlardan, vasitələrdən istifadə edərkən diqqətsiz hərəkət nəticəsində yarana biləcək qəzaları nəzərdə tutur.

Oxatan - Dekabr 2016 boyunca Oxatanların eşq həyatı bir şəkildə pulla bağlı olacaq və ya eşq mali qərarlarınıza təsir edəcək. Hər şəkildə, sanki eşqlə pul arasında əlaqə olacaq və bu əlaqə xoşbəxt bir əlaqə deyil. Oxatanın cütlər evinin idarəçisi Merkuri, Oxatanın pul evindədir, lakin Oxatanın eşq evində olan Uranla gərgin bucaqlar əmələ gətirir və üstəlik retrograd hərəkətdədir. Zidd bucaqlar yalnız Uranla da məhdud deyil. Digər tərəfdən Oxatanların arzu və istəkləri, ortaq intellektual və ya professional maraq, ünsiyyət, tanışlıqlar və səyahətlə motivasiya edilə bilər. Ümumiyyətlə, Dekabr 2016 - da Oxatanlara tez anlayan kəslər cazibədar gələcəkdir. Romantik və ya cinsi həyatınızı inkişaf etdirəcək məlumat öyrənə bilər, bu mövzuda müəyyən şeylər oxuya bilər, konfransa qatıla bilər və ya bəziləri ilə məsləhətləşə bilərsiniz. Dekabr 2016 mali mövzuda Oxatanlar üçün əhəmiyyətli bir ay olacaq. Büdcənizi hesablamaq, yaxşı davam edən və etməyən mövzuları sorğulamaq və təhlil etmək üçün, həm də büdcənizi təşkil etmək, borclarınızı ödəmək vs. işlər üçün də uyğun bir zamandır. Lakin professional qərarlar vermək üçün uyğun bir dövr sayılmaz, çünki Merkuri retrograd mərhələsində olacaq. Ən yaxşısı işlərinizi araşdırın və əgər təcili qərarlar verməniz lazım deyilsə, qərarlarınızı 8 Yanvardan sonra, Merkuri retrograd dövrünü bitirdiyi zaman verin. Yuxarıda bəhs edilənlərin xaricində keçmişdə etməyə çalışdığınız lakin davam etdirmədiyiniz və ya təxirə saldığınız karier və mali proyektlərinizə davam etmək olar. Bu cür proyektlərə davam etməkdə problem olmayacaq. Zəka, məlumat və ünsiyyət tələb edən bütün işlərdə böyük müvəffəqiyyət qazanma şansınız vardır. Dekabr 2016 boyunca fiziki vəziyyətiniz ortalama səviyyədə olacaq, lakin əhvalınız yaxşıdır, özünüzdən əminsiniz və daha çox zarafat qabiliyyətiniz var. Siz bir az soyuq və səbirsiz ola bilərsiniz və bu da sizi qarşıdurmalara və ya qəzalara qarşı müdafiəsiz hala gətirə bilər.

Oğlaq - Dekabr 2016 - ın ilk həftəsi siz hələ də Veneranın romantik yağışlarıyla yuyunacaqsınız. Siz cazibəli, şəhvətli olacaq, eşqdə şansınız bol olacaq və cüt olaraq uyğunlaşmadan zövq alacaqsınız. 7 Dekabr 2016 - da Venera Oğlağı tərk edəcək və siz daha darıxdırıcı bir dövrə girəcəksiniz. Eşq həyatınız, cazibədarlığınız və seçimləriniz məntiqinizin səsinə qulaq asacaq və faydanıza doğru yönələcək. Ya da prioritetləriniz artıq romantizmdən çox praktik ehtiyaclara istiqamətli olacaq. Yaxşı davam edən bir əlaqəniz ola bilər, lakin bu ankı həqiqət cüt olaraq diqqətinizi daha çox əşyalara, pula v. s. şeylərə istiqamətləndirəcək. Dekabrın əvvəlindən etibarən, 10 - 11, 15 - 16 və ya 28 - 29 Dekabrda Ay tranzitləri dərin duyğular gətirə bilər. Oğlaqlar üçün Dekabr 2016 - da mali işlər, faiz, əməliyyatlar, büdcə hesabı, uzlaşma və müzakirələr ön planda olacaq. Çox səyahət edəcək, müxtəlif insanlarla görüşəcək, məlumat alış verişindən faydalanacaqsınız. Dekabr sizi intellektual səy (akademik işlər, anlayış çalışması, tənzimləmə, təhsil vs.) göstərməyə, köhnə məsuliyyət və ya vəzifənizi həll etmək üçün diqqət sərf etməyə, işinizin məhsuldarlığını araşdırmağa və ya professional hədəflərinizi yenidən qiymətləndirməyə istiqamətləndirə bilər. Dekabr 2016 boyunca Oğlaqlar qazanc təmin edəcək bəzi fürsətlərdən və ya mali bacarıqlarından faydalana bilər, lakin pulun hərəkəti çox sürətli olacaq, xərclər böyük olacaq və beləliklə əldə çox bir şey qalmayacaq. Sağlamlıq Dekabr 2016 - ın ən əhəmiyyətli mövzusu olacaq, çünki Oğlağın xəstəliklər evinin idarəçisi Merkuri tam da Oğlaq bürcündə retrograd hərəkət edəcək. Bu konfiqurasiya bədən müqavimətinizin düşməsi, xəstəlik riski və ya köhnə xəstəliyinizin yenidən ortaya çıxması mənasına gələ bilər. Ən yaxşısı bu dövrdə yarım qalmış tibbi təhlilləri və ya bədən baxımınız və sağlam həyat mövzusunda başlatdığınız təşəbbüsə davam etməniz və ya yenidən müayinə olunmanızdır. Dekabr 2016 boyunca Oğlaqlar üçün qəza riski mövcuddur.

Dolça - Ehtiras! Dekabr 2016 - ın böyük qismində Dolça bürcündə iki planet - eşq və ehtiras planeti Venera (7 Dekabrdan sonra) və fəth etmə və istək planeti Mars (19 Dekabra qədər) - olacaq. Duyğular güclü, romantizm artmış, eşq ehtiyacı böyük və cəzb etmə gücünüz .. möhtəşəm olacaq! Əlaqələr mövzusu Dekabr 2016 - ın əsas və ən əhəmiyyətli mövzusu olacaq, çünki Dolçanın əlaqələr evinin idarəçisi Günəş Dolçanın ənənəvi idarəçisi Saturnla görüşəcək. Əhəmiyyətli bir hadisə inkişaf edə bilər, qərarlar verə, təşəbbüs göstərə bilər və ortaya qığılcım hətta alov da çıxa bilər! Əgər ehtiras dolu bir əlaqəniz varsa və ya yeni bir eşq yoldadırsa, özünüzü yandırmamaq üçün diqqətli olun: Dolçanın eşq evinin idarəçisi Merkuri retrograd hərəkət edəcək. Bayramlara qədər siz çox hərəkətli olacaq, hərəkətliliyiniz artacaq, hər cür təşəbbüsə açıq olacaq, Buğanı buynuzundan tutma ehtiyacı hiss edəcək, məqsədinizə çatmaq üçün özünüzü yoxlayacaq və ya mübarizə edəcəksiniz, çünki Dolçanın karier evinin idarəçisi Mars Dolça bürcündə olacaq. Dekabr ayı mali olaraq məhsuldar olacaq, xüsusilə işləriniz xaricilər, uzaq məsafədən görülən işlər, internet, mədəni, yüksək təhsillə bağlı, hüquqi və ya ruhi mövzularla bağlıdırsa. Dekabr 2016 boyunca komanda işi, kooperasiya, ortaq fəaliyyətlər mövzusunda şanslı olacaqsınız. Fərdi əlaqələrinizə söykənərək və ya fərdi cazibənizlə bəzi fürsətlərdən faydalana bilərsiniz. Diqqətli olun: dalınızca bəziləri dedi - qoduyla məşğuldur və ya gizli işlər görür! Dekabr 2016 boyunca siz tamamilə enerjili olacaqsınız və əhvalınız da yüksək olacaq. Lakin əsəb pozğunluğuna düçar olacaq və ya bəzən tələskən və ya diqqətsiz olacaqsınız ki, bu da sizə zərər verir. Dolçaların sinir sistemləri bu dövrdə həssasdır, tənəffüslə bağlı problemlər ortaya çıxa bilər və qəza riski mövcuddur. Özünüzə yaxşı baxın və ifratdan uzaq durun!

Balıqlar - Veneranın 12 -ci evdə olmasıyla Dekabr 2016 Balıqların eşq həyatında ən xoşbəxt ay olmayacaq. Siz yadlaşmış, xəyal qırıqlığına uğramış və ya ümidsizləşmiş ola bilərsiniz. Qadağan əlaqənin sirrini qorumağa çalışmanız da mümkündür. Lakin unutmayın, bu tərz əlaqələr istəklərinizdən asılı olmayaraq bezginliklə nəticələnə bilər... Əgər uzun vədəli bir əlaqəniz varsa, ortaqlıq və ya daha köhnə proyektləriniz ilə əlaqədar düşüncə alış verişi edə bilərsiniz, çünki Balığın cütlər evinin idarəçisi Merkuri ümidlər və gələcəklə bağlı planlarla əlaqəli olan bir evdə retrograd hərəkət edəcək. Başqa bir perspektivdən baxıldığı zaman yoldaşlarınız və ya yaxınlarınızın köməyiylə əlaqənizi təzələyə bilər və ya kollektiv bir yığıncaq zamanı köhnə eşqinizlə qarşılaşa bilərsiniz. Dekabr 2016 - da Balıqların professional həyatında hərəkət var: Günəş Balığın karier evindən keçəcək və karier evinizin idarəçisi Yupiter də Mars (təşəbbüs, hərəkət) və Venerayla (şans, fürsət) yaxşı bucaqlar meydana gətirir. Ortaqlıqla və ya razılaşmayla əlaqəli nəsə sizin gələcək proyektlərinizi yenidən nəzərdən keçirmənizi və dəyişiklik etmənizi tələb edə bilər. Nə olursa olsun Dekabr 2016 - da bir qərara gəlməniz lazım olacaq. Digər tərəfdən köhnə bir əməkdaşlığı davam etdirə bilər və ya yenidən gözdən keçirə bilərsiniz və ya əvvəl yarımçıq qoyduğunuz və ya tərk etdiyiniz bir səyi davam etdirə bilərsiniz. Balıqların professional həyatında Dekabr 2016 boyunca eyni hədəf və ya istək istiqamətində hərəkət edən kollektivlərin və ya insan qruplarının əhəmiyyətli bir rolu olacaq. Mali olaraq işləriniz asan olmasa belə, idarə edə biləcəksiniz. Az çox ... Dekabr 2016 boyunca çox enerjiniz olmayacaq, buna görə özünüzü çox zorlamamalı və səylərinizi minimum səviyyədə tutmalısınız. Əhvalınız da o qədər yaxşı deyil, lakin motivasiyanızı yüksək tutmaq üçün çalışırsınız. Son on gündə gücləriniz yerinə qayıdacaq, çünki 19 Dekabr 2016 - da enerjili, motivasiya ilə dolu, hərəkətə başlamaq üçün fürsət gözləyən Mars Balıq bürcünə girəcək. O zamana qədər lazımınca istirahət etməli, ifratdan qaçınmalı və diqqətli olmalısınız.
astroloq.com
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərhlər
Vuska I-va
Qoc burcuyem.inwallah yaxwi olar menimcun ailemle qizimla birlikde innocent
Şərh Yaz