Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ,sahibi, yuxarıda, olduğundan, isinmə, Fizik, Riyaziyyatçı, otağın, bilər, azalda, yayılır, Antropoloq, riskini, düzgün, mərkəzində, düşməsi, nəticəsində, verməsi, zəlzələ, tektonik, sobanın
Ana səhifə

Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ

05 Dekabr 2016
800
0
Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ
Fizik,riyaziyyatçı,kimyagər,geoloq və antropoloqdan ibarət heyət açıq havada tədqiqat üçün bir araya gəlmişdirlər.Onlar işlərini bitirdikdən sonra dincəlmək üçün yaxınlıqdakı evə yığışdılar.Ev sahibi onlara qulluq etmək üçün evdən ayrıldı.Bu arada tədqiqatçıların diqqətini yerdən bir metr yuxarıda və altında xırda daşlar olan soba cəlb
etdi.Sobanın niyə belə qoyulduğuna müzakirələr başlayır:
Fizik: Ev sahibi sobanı yuxarıda ona görə qoyub ki,konveksiya yolu ilə otaq qısa müddətdə daha çox isinsin.
Kimyagər: Soba yüksəkdə qurularaq aktiv enerjinin aşağı düşməsinə kömək edər və beləliklə isinmə daha da tezləşmiş olar.
Geoloq: Bura tektonik zona olduğundan zəlzələ baş verməsi nəticəsində sobanın altdakı daşların üzərinə düşməsi evdəki yanğın riskini azalda bilər.
Riyaziyyatçı: Soba otağın tam mərkəzində olduğundan isinmə daha düzgün yayılır.
Antropoloq: Keçmişdə olan inanca görə od müqəddəs sayıldığından ona hörmət olaraq soba daha yuxarıda qoyulub.

Bu sırada ev sahibi içəri girər.Və ondan bunun səbəbi soruşulduqda o,belə cavab verər:
“Boru çatmadı onunçün!”

Önəmli olan məsələyə bir tərəfdən deyil hərtərəfli baxmaqdır.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz