Mən səni həmişə izləyəcəm - Hekayə

07 Ocak 2017
2 753
0
Mən səni həmişə izləyəcəm - Hekayə
- Yağmurun narın damlaları pəncərənin şüşəsinə toxunub, nazlı-nazlı düşər. Qadın üşümüşdü, köynəyinin qollarını barmaqlarının üstünə çəkdi, isti fincanı sardı incə barmaqları ilə. 1-2 qurtum aldı, fıncanı burnunun ucuna dirədi, qəhvənin qoxusu ilə gözlərini bağlıyıb düşündü. Gecənin musiqisi, yağış idi. Düşündü, sabah işə getməlidi çox gecdi, yatsın. Pərdəni çəkmək istəyəndə yolun kənarında böyük qarartının olduğunun fərqinə vardı. Düşündü, yəqin qonşunun evinə oğru girib. Qorxmadı, şalını atdı başına, çıxdı. Məyərsə həmin o qarartı cavan bir oğlan imiş, qolundan bıçaqlanıb. Yağış qadının qara saçlarını islatmışdı. Məhsum idi hər teli gözəlliyindən. Oğlan huşsuz idi, yarasını sardı, islanmış pencəyini çıxarıb sobaya tərəf qurumağa atdı qadın. Qəhvəsi soyumuşdu, nəysə yuxusuda gəlirdi, yuxuladı..
Yuxudan oyanan oğlan, etrafına göz gəzdirdi.. İsti soba, yıxıq, sökük divarlar, köhnəlmiş mebellər. Stolda yuxulamış qadını oğlan zənn edər, yaxınlaşıb oyatmaq istiyər. Başındakı örtüyü çəkəndə qadının füsunkar saçları tökülər. Qadın oyanar, "sən nə edirsən" -deyə ucadan səslənər. Oğlan qadının gözəlliyinə, çiyinlərinə düşən saçlarına heyran olar. Qandın gecəni ona danışar, oğlan təşəkkür edib yol alar. Pencəyini unudar. Qadın arxasıca səslənsədə artıq çoxdan gözdən itmişdi. Nə də olsa, xatırlayıb dönər dedi, səliqəli şəkildə asdı. Pencəkdən gələn parfümü qoxladı, qoxladıqca səhər oyananda saçlarına toxunan oğlanı xatırladı. Sağ cibində kiçik bir kart olduğunun fərqinə vardı. Oğlan rəssam imiş..
Günlərcə qadın pencək sahibinin gəlməyini gözlədi, amma gəlmədi. Yenə eyni libasını geyindi, saçlarını darayıb, şalın çəkdi üstünə. Çox köhnə, amma hələdə geydiyi çəkmələrin geyindi.. pencəyi alıb çıxdı evdən. İş yeninə gəldi oğlanın. Yenə olmadıq yerdə ösürkək tutdu, əl dəsmalına 2-3 damıcı qan düşmüşdü. büküb zibilə tullayanda, qadını xadimə sanan varlı bir xanım onu əsəblə acılamağa başlar. Bu zaman həmin oğlan gələr. Qadını görüb həm təəccüblənər, həm də çox sevinər. Dolan gözləri ilə, səsi titrədi qadının. Unutduğu pencəyi uzatdı. Hər şeyin yanlış anlaşılma olduğunu desədə, varlı xanım "geyimindən xadimə sandım, heçnə olmaz" - deyib, kabloklarını kafelə sərt vura-vura getdi. Oğlan qadını içəri dəvət edər, amma qadın çıxıb gedər. Yolda geyim vitrinlərinə baxar, bi də öz geyiminə. Qadının sözlərini xatırlayar. Kaşlokuna baxar "çörək almağa pulum çatmır, bu bəzəkli paltarlar mənim nəyimə. Xadimə olum, amma dilənçi olmuyum" - deyə düşündü qadın. Deyəsən səsli düşündüm dedi, çünki yenə həmin oğlan çıxdı qarşısına. Ona təşəkkür etmək istədiyini bildirdi. Qadın "təşəkkürə ehtiyac yoxdu, kim olsa eynisin edərdi" - deyib uzaqlaşır. Oğlanda məyus-məyus baxar..
1 həftə sonra..
Artıq hava tez qaralırdı, qadınında öskürəyi çoxalmışdı. İşdən evə qayıdan qadın ökürəkdən yol gedə bilmirdi. Yolda duran oğlanlar qadına söz atar, yaxınlaşıb sataşar. Qaçmaq istəsədə qadın öskürəkdən yerə yıxılar. Bu vaxt təsadüfən ordan keçən oğlan maşının saxlar. Qadının başına toplaşmış oğlanları döyüb, qovalıyar. Qadın yerdən qalxmaq istəyəndə huşunu itirər. Oğlan onu qucağına alar, uzun saçları qollarından aşağı düşər. Qadını maşına qoyub evinə aparar. Ağzının kənarına düşən qanı təmizlər, onun kiçik bi yara olduğun zənn edər oğlan, jmma əslində elə deyildi..
Huşu yerinə gələn qadın gözlərini açar. Harda olduğun anlamaz, gecəni xatırlayar. Başı çox pis ağrıyırdı. Səsləndi "kimsə varmı?!" - deye bir neçə dəfə. Şübhə düşdü eyninə, qalxdı, saç örtüyünü axtarırdı, təsadüfən oğlanın iş otağına daxil olar. Rənglər, fırçalar, rəsmlər sanki onu sakitləşdirmişdi. Bir rəsmin bağlı olduğun gördü, örtüyü çəkdi və gözlərinə inanmadı. Oğlan onun rəsmini çəkmişdi. Saçları, gözləri və sadə geyimi. Qadını öskürək boğar, yanlışlıqla ağzına tutduğu əlini rəsmə toxundurar, silmək istəyər, amma rəsm korlanar. Nə edəcəyini bilməyən qadın çıxıb gedər. Oğlan gəlib qızı görmüyüb təlaşlanar. Otağındakı rəsmin korlandığının fəqinə varar. Həm məyusluq, həm də narahatlıq. Qadına aşiq olmuşdu əslində gənc rəssam. Otağdan tapdığı şalı götürüb qadının evinə gedər. Qapını döyər. Qadın qapını açar, özünü itirər, içəri dəvət edər, oturarlar. Qadın utancaq səslə təşəkkür edər. Gözlərini qaçırırdı danışanda. Oğlan onun əlindən tutub şalını ovcuna qoyar. Oğlan onun çəkdiyi rəsmi korladığı üçün "mənimlə dost olmalısan, cəzalısan" - deyib qadını güldürər. Yanağında batan qəmzələrində itər oğlan..
Zaman keçər, günü-gündən dahada səmimi olarlar. Yağışlı bir gündə etiraf edərlər eşqlərin, dalaşdıqları yerdə oğlan qızı öpər. Sevgili olarlar, oğlan qızın saçlarındakı şalı açıb gözlərinə bağlayar, ona çox gözəl bir süpriz edər. Evlənmək istədiyin diyəcəkdi. Əlini yumaq üçün vanna otağına keçən qadın ökürəkdən boğular, ağzının qanın yusada, huşunu itirər. Oğlan ondan narahat olub içəri keçər. Qadını görüb yerdə dəliyə dönər, təcili xəstəxanaya çatdırar. Həkimlər ona qız uzun müddətdi vərəmdən əziyyət çəkdiyini deyər. Oğlan xatırlayar qadını yerdə huşsuz tapdığı günü, ağzının kənarındakı qanı, rəsmdəki qırmızının əslində qan olduğunu. Gözləri dolar, yumruğunu divara o qədər döyər ki, əli əzilər. Sevdiyi qadın artıq can verirdi, oğlan içəri daxil olar, qadınım əllərindən tutar. Qadın sanki bilirdi öləcəyini, oğlanın gözündəki yaşı silib dedi, "mən səni sevirəm, mənə bir şey olsada söz ver ki, həyata küsməyəcəksən. Mən səni həmşə izləyəcəm" - deyib yumar o iri gözlərini. Oğlan onu son dəfə cansız dodaqlarından öpər, bir damcı yaş düşər qızın cansız üzünə oğlanın yanağından..
Yağış torpağı islatmışdı. Oğlanın göz yaşı yağmura qarışmışdı. Məzarlığın vahiməsi onu qorxutmurdu. Sevdiyi qadının şalını qoxluyub onu baş daşına bağlıyar, "saçlarını ört, yağmur islatmasın, üşüyərsən" - deyib uzaqLaşar ordan..
İllər keçsədə bu əhvalat unudulmaz. Gənc rəssam "Vərəm qadının sevgisi" əsəri ilə tanınar..

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.