Həftənin neçənci günü doğulmusunuz?-İnanılmaz proqnoz

20 Ocak 2017
2 224
0
Həftənin neçənci günü doğulmusunuz?-İnanılmaz proqnoz
1. Bazar ertəsi doğulan
Qadın
. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyatı yaşamaq, ana olmaq istəyir. Ətrafına həssas münasibəti saxlamaqla, ahəngdar həyat tərzi, ürəyi istədiyi kimi ömür sürmək həvəsindədir.
Kişi. Həddən artıq həssas, çox böyük fantaziya qabiliyyətinə malik, ünsiyyət axtarıcısı, qadınlarla həmsöhbət olmaq-dan hədsiz zövq alan şəxslərdəndir. Onun sevgiyə, başa düşülməyə, zərifliyə böyük ehtiyacı var. Təklik, tənhalıq ondan ötrü cəhənnəm əzabıdır. Zahirən sakit görünsə də, daxilən həyəcanlıdır. Həmişə nigaranlıqla düşünür ki, görəsən malik olduğu məhəbbətini göstərə biləcəkmi?

2. Çərşənbə axşamı doğulan
Qadın.
Sevgidə ehtiraslı və səxavətlidir. Yumoru və zəkasının itiliyi ilə adamın ağlını başından alır. Sərbəstliyə, müstəqilliyə bağlı adamdır. Azadlığını itirməkdən, hisslərdəki yekrənglikdən çox qorxur. Bu vaxt o, təşəbbüssüz, sönük görünür. Sevgi onun üçün cazibəli bir maraqdır, başqa bir eşq heç gərəyi deyil.
Kişi. İstəklərini özünə lazım olan səviyyədə ifadə etməyi bacarır, dedikləri hər zaman diqqət çəkir. Adamları yoldan çıxara bilir. Onun gözə görünən bir üsulu var — maraqlandıraraq adamları özündən asılı edir. Özünəməxsus yumoru ilə tanınır. Gülüşünə görə də başqalarından seçilir. Uğursuzluğu özündən uzaqlaşdırmaqda çox mahirdir. Elə əylənmək istəyir ki, başqaları da o məclisdə iştirak edə bilsin. İlk baxışdansa, dağınıq, fikirli görünür.

3. Çərşənbə günü doğulan
Qadın
. Sevməyi bacaran, həssas xanımdır, zərif hisslərini ciddilik və dözümlülüklə gizləməyi bacarır. Sevgidə ümidli, səmimi və sədaqətlidir. Elə buna görə də, ilk baxışdan vurulmağa inanmır. Ehtirasların coşub-soyumasına da etibar etmir. Onun üçün xarici görünüş önəmli deyil, əsas tələbi kişinin mərdliyi, qeyrəti, hisslərindəki səmimiyyətdir.
Kişi. Namuslu, vicdanlı, məhəbbətdə ədəbli adamdır. Onun toxunulmazlıq nümunəsi olan görünüşü içərisində dərin zəriflik gizlənir. Çox vaxt zərif hisslərini göstərə bilmir. Ona etibar etmək olar, əgər sevir və bunu etiraf edirsə… Əgər vurulubsa, bütün ruhu ilə sevir. Diqqətli, sadiqdir. Hisslərin partlayışlı olduğuna inanmır. Ehtirasda sakit və inamlı olmağı üstün tutur.

4. Cümə axşamı doğulan
Qadın
. Sevgidə narahat, dözümsüz xanımdır. Demək olmaz ki, həddən artıq sentimental olub aldanışlar içərisində əriyib itib. Azadlığı və macəraçılığı sevir. Təcrübəsini çoxalda-çoxalda yaşamağı xoşlayır. Anadangəlmə məlahətilə kişiləri dəli-divanə edir. Mütləqliyilə adamları özünə çəkir. Kimsə, kiməsə məcburiyyət edərsə, onun başının daşıdır. Düşünür ki, hər şey könül xoşluğu ilə olmalıdır.
Kişi. Anadangəlmə arvadbazdır. Şəxsi müşahidələri və yaşantılarıyla həyatı bütün incəliklərinə görə öyrənmək istəyir. Bununla belə azadlığını və sərbəstliyini qorumağı istəyir. Həyatın çətinliyindən qorxursa da, tək yaşamağı bacarmır. Aktyor hərəkətləri ilə hədsiz həssaslığını, saysız incəliyini gizləyir. Dərin ehtiraslı olan bu adam təzadlıdır, üsyançı və ya müti olacağı ovqatından asılıdır.

5. Cümə günü doğulan
Qadın.
Təbiətən romantik və arzu-həvəsli xanımdır. Gözəllik, ahəngdarlıq birbaşa və ya dolayısı ilə onu başdan çıxarır. Öz zərifliyilə kişiləri dəli-divanə edir. Həssaslığı və insanı duymağı ilə ona valeh olursan. Bunun əvəzinə istəyir ki, onun qayğısına qalsınlar, ürək-dirək versinlər, qorusunlar. Tənhalıq duyğuları onu qorxudur, ancaq ailəsinin ətrafında, ya da uşaqları ilə tamamən ürək rahatlığı tapır.
Kişi. Aktyordur. Onun məlahəti qarşısında tab gətirmək mümkün deyil. Əgər deyirsə ki, sizi sevir, deməli bu doğrudan da belədir. Zəriflik, yumşaqlıq onun xarakterinin əsasını təşkil edir. Arxayınlıq, rahatlıq vacib lazımdır. Hiss etməlidir ki, onu sevirlər, təqdir edirlər, qayğısına qalırlar. Ailə, nikah, ev-eşik tez-tez işlətdiyi sözlər, düşündüyü məfhumlardır. Əgər qoynunuza düşə bilibsə, çətin ki, bir də oradan çıxsın.

6. Şənbə günü doğulan
Qadın
. Qapalı, sirli olduğu üçün hisslərini çətinliklə açıqlaya bilir. Azadlıqsevər və orijinal xanımdır. Adamları valeh edərkən, başqa qadınların üsullarından demək olar ki, heç istifadə etmir. Onu cəlb etmək üçün zəkalı adam lazımdır. "Səni sevirəm" sözləri onun dilindən demək olar ki. çıxmır. Üzdən biganə görünsə də, içi qaynayır, hədsiz hissi güclü qadındır.
Kişi. Hər şeydən qabaq müstəqil adamdır. O, tək yaşamağı bacaran fərdiyyətçidir. Sirli və təyinolunmazdır. O, hisslərini söyləyib sıcaq etiraflar etməyi bəyənmir. Qadınlara etibar etmir. Hədsiz hissi gücü ola-ola onları gizləyir.

7. Bazar günü doğulan
Qadın.
İradəli və qərarsız qadındır. Onu ehtiras hərəkətə gətirir. O ya sevir, ya nifrət edir, üçüncü halı yoxdur. Məqamına uyğun hərəkət edir. Seçdiyi adamla fəxr etməlidir, elə-belə adamı sevmir. O, güzəştə getmir, azadlığını azaltmır. Təslim olan kişini üstün tutur. Zirəkdir, ailədə işlək mühərrik məhz odur.
Kişi. Özünə inamlı və özündən müştəbehdir. Qadına münasibətdə özünü onun qoruyucusu kimi aparır. Tanınmağı sevilməyindən onun üçün daha üstündür. Öz təşəbbüskarlığı və hökmü ilə təəssürat yaradır. O danışmağı, özünü dinləməyi xoşlayır. Təriflənmək üçün ürəyi gedir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.