“Filankəs namaza layiq deyil deyə, Allah onu namaz qılmağa qoymur”

29 Ocak 2017
2 138
0
“Filankəs namaza layiq deyil deyə, Allah onu namaz qılmağa qoymur”
"Filankəs namaza layiq deyil deyə, Allah onu namaz qılmağa qoymur", "filankəs hicaba layiq deyil deyə, Allah ona şərait yaratmır ki, hicab bağlasın" kimi sözlər söyləmək düzgündürmü?

Feat.Az
islam.az-a istinadən bildirir ki, əvvəla, hər hansı hadisənin baş verməsinin əsil səbəbini və hikmətini anladığımızı iddia edə bilmərik. Səbəb biz düşündüyümüz də ola bilər, başqa səbəb də ola bilər. İkincisi, Allah heç kimi onun iradəsinin əksinə olaraq, günaha təhrik etməz. Əgər Allah belə etsəydi, bu, zülm sayılardı. Allah hər cür zülmdən uzaqdır, nöqsansızdır. Üçüncüsü, namaz qılıb-qılmamaq, hicab örtüb-örtməmək insanın öz iradəsinə bağlı məsələdir və bunun məsuliyyəti onun öz öhdəsindədir. Hansı yolu seçdiyinə görə Allah qarşısında cavab verəcək. Yuxarıdakı iddianı edənlər ya öz günahlarına haqq qazandırmaq üçün bunu deyirlər, ya da cahillikləri üzündən bunu söyləyirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.