Bu yeməkləri isitməyin -TƏHLÜKƏLİDİR

Bu yeməkləri isitməyin -TƏHLÜKƏLİDİR
Evdə bişirdiyimiz yeməklərdən artıq qaldıqda yenidən isidib yeyirik. Lakin bütün yeməkləri isitdikdə yaxşı reaksiya vermir. Xüsusilə də mikrodalğalı sobadan istifadə etmək düzgün deyil. Feat.Az isidilməsi məsləhət görülməyən yeməklərlə sizi tanış edir.

İspanaq və digər yarpaqlı tərəvəzlər

Yetişdikləri yerə bağlı olaraq yüksək dərəcədə nitrat ehtiva edərlər. Nitratın özü tamamilə zərərsizdir. Lakin bəziləri kanserogen olan nitrit və nitrozaminlerə çevrilə bilər. Bu hal qan dövranının oksigen daşıma bacarığına təsir edə bilər və kiçik yaşlı uşaqlarda “mavi körpə sindromu” adlı sağlamlıq problemi yaradar. Bu səbəbdən də ispanağı yenidən isidərək yeməkdən mümkün qədər qaçmaq lazımdır.

Göbələk

Göbələyin tərkibində olan zülallar, fermentlər və mikroorqanizmlər asanlıqla parçalanırlar. Düzgün fprmada mühafizə edilmədikdə isə sürətlə çürüyür və yenidən isidildikdə mədəyə narahatlıq verir. Ancaq soyuducuda 24 saatdan çox saxlandıqda və tövsiyə edilən 70 C-də təkrar isitmək isə problem yaratmaz.

Kartof

Təkrar isidilmiş kartofların problemi istilik əməliyyatı deyil, bişən kartofların necə saxlanmasıdır. Soyuducuya qoyulmadan otaq istiliyində saxlandıqda “clostridium botulinum” (botulizm) inkişafı üçün uyğun olur. Xüsusilə də falqa kağızla bükülüb oksigendən uzaq saxladıqda bu təhlükə yüksəlir. Kartofu təkrar qızdırmaq hər dəfə pis fəsad vermir. Buna görə əhəmiyyətli olan kartofu etibarlı bir şəkildə mühafizə etməkdir.

Düyü

Bişmiş düyünün necə saxlanması, təkrar istilik əməliyyatından daha əhəmiyyətlidir. Düyü otaq istiliyində saxlandıqda qusma və ya ishala səbəb olan zəhərli maddələr yaranar. Düyünü təkrar qızdırmaq bu zəhərli maddələri yox etmir.

Toyuq


Yumurtada olduğu kimi toyuq və digər ev heyvanlarının ətlərində də bir miqdar salmonella infeksiyası var. Bu vəziyyət, xüsusilə qidanın hər yerinə istilik dalğaları bərabər dərəcədə nüfuz etməyən mikrodalğalı sobada isidildikdə problem yaradır. Yəni yeməyin bəzi hissəsi digərlərindən daha tez bişir. Bu səbəbdən də əti fasilələrlə çevirərək içinin və çölünün bərabər dərəcədə bişməsini təmin etmək vacibdir. Qırmızı ətə nisbətən toyuq ətini yenidən qızdırtmaq tövsiyə edilmir. Çünki zülal baxımından qırmızı ətdən zəngindir və yenidən qızdırıldıqda fərqli şəkildə parçalanan zülallar mədəni narahat edə bilər.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.