Yatmaq pozanız sizi ələ verir - MARAQLI

25 Haziran 2022
6 391
0
Yatmaq pozanız sizi ələ verir - MARAQLI
Hər kəsin adət etdiyi və sevdiyi yatış pozası var. Bu pozalar bəzən kənardan baxan insanlara gülməli gələ bilir. Bəs sizin yatış formanız hansıdır? Ümumiyyətlə, hər yatış pozasının öz adı olduğunu bəs necə, bilirsiniz? Əslində insanların yatmaq forması alimlərin fikrinə görə, onların xarakterinə və sağlamlıqlarına işarə edir. Biz də, sizə ərtafınızdakı insanların xarakterlərini yatış formalarından bilmək üçün bəzi yuxu pozaları haqqında ipucları təqdim edirik.

Fetal poza

Yatmaq pozanız sizi ələ verir - MARAQLI

Tək tərəf üzərində dizlər qarına doğru yığılı, qollar qatlanmış və ya yastığa sarılmış formada yatış pozasıdır. Bu pozada yatarkən, adətən, əllərin biri yanağın altında olur.

Xarakterə təsiri: Fetal pozada yatan insanlar sərt görünsələr də, daxilən həssasdırlar. Yeni tanışdıqları insanlara qarşı utancaq olsalar da, zamanla bu problem ortadan qalxır. Araşdırmalara görə, insanlar arasında ən geniş yayılmış poza budur. Qadınlar isə kişilərə nisbətən iki dəfə daha artıq bu pozada yatırlar.

Sağlamlığa təsiri: Bu pozada yatan birisinizsə ayaqlarınızın arasına kiçik bir yastıq qoyub yatsanız bütün yükü belinizdən atarsınız. Fetal yuxu pozası onurğa probleminiz və ya digər ağrılarınız varsa onları aradan qaldırmaq üçün faydalıdır.

Kötük pozası



Kötük pozasında ayaqlar dümdüz, qollar da ayaqların üstündə, düz şəkildə tək tərəf üzərində və yanaqlar yastıq üzərində olur. İnsanların 15%-i məhz belə yatırlar.

Xarakterə təsiri: Belə pozada yatan insanlar rahat yola gedən, anlaşılan və sosial insanlardır. İnsanların çox olduğu yerləri sevər və insanlara rahatlıqla güvənirlər.

Sağlamlığa təsiri: Tək tərəf və tək qolun üzərində yatmaq bir az çətindir. Buna görə də, kötük pozasında yatanlar özlərinə uyğun yastıq tapmaqda çətinlik çəkirlər.

Əsgər pozası



Əsgər pozasında yatanlar kürək üzərində tavana baxaraq, qollar yanda və ayaqlar da dümdüz qoyularaq yatırlar. İnsanların 8%-i belə yatırlar.

Xarakterə təsiri: Bu pozada yatan insanlar, əsasən, səssiz və özlərinə qapalı insanlardır. Çox səs-küyü sevmirlər. Amma özləri və ətrafındakılar üçün yüksək keyfiyyət təqdim edərlər.

Sağlamlığa təsiri: Belə pozada yatanlar kürək üstə yatdıqları üçün boyunları və başları ağrıya bilər. Yastıq seçməkdə seçim qarşısında qalarlar. Yumşaq yastıqlar boyun üçün daha rahat olsa da, sərt yastıqlar da boynun arxası üçün dəstəkləyicidir. Araşdırmalara görə, belə pozada yatan insanlar xoruldamağa meyilli olurlar.

Sərbəst düşmək pozası



Belə pozada yatanlar isə üzüqoyulu, qollar yastığa sarılmış, ayaqlar düz və baş yastığa dönük formada yatırlar. İnsanların 7%-i bu pozada yatırlar.

Xarakterə təsiri: Sosial insanlar olurlar amma bəzən daxillərində gərginləşirlər. Qınamağı və qeyri-adi vəziyyətləri sevməzlər.

Sağlamlığa təsiri: Sağlamlıq üçün qarın üzərində yatmaq yaxşı deyil. Üzüqoyulu yatmaq onurğa üçün zərərlidir və büzdüm fəqərəsinin deşilməsinə səbəb ola bilər. Başqa formada yata bilmirsinizsə qarnınızın və çanaq sümüyünüzün altına yastıq qoyub yata bilərsiniz. Və yaxud da ki, başınızın altına yastıq qoymadan yatmaq da olar. Bu pozada yatanlar üçün də yastıq seçmək çətindir.

Dəniz ulduzu pozası



Bu pozada yatan insanlar kürək üstündə, qollar və ayaqlar dəniz ulduzu kimi yanlara açılmış formada yatırlar.

Xarakterə təsiri: Belə yatan insanlar dostcanlı olurlar. Çünki həm yaxşı dinləyici, həm də, lazımlı anlarda köməkçidir. Əsasən, diqqət mərkəzində olmağı sevməzlər. Dünyada 5% insan dəniz ulduzu pozasında yatır.

Sağlamlığa təsiri: Bu poza kürəyiniz üçün mənfi təsirlərə malikdir. Əgər belə yatırsınızsa mütləq dizlərinizin altına yastıq qoyun ki, belinizə yük düşməsin. Əsgər pozasında olduğu kimi, bu pozada da, yatan insanlar xoruldamağa meyillidirlər.
Mənbə:foxy.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.