Bürcünüzə uyğun idmanı seçin: yoqa, boks, balet...

Bürcünüzə uyğun idmanı seçin: yoqa, boks, balet...
Sağlam arıqlamaq istəyirsiniz, amma hansı məşqi etməyi qərar verməkdə çətinlik çəkirsiniz? O zaman bürcünüzə uyğun məşqlər edin. Feat.Az bürcünüzə uyğun idman və məşqlərlə sizi tanış edir.

Qoç (21 Mart - 19 Aprel)

Rəqs


Qoç qadınlarının təbiətində rəqabət var və dəbdəbəli olmağı sevirlər. Rəqs qabiliyyətinizi ortaya çıxaracaq tanqo və ya salsa kimi rəqs kursları sizə uyğundur.

Buğa (20 Aprel - 20 May)

Yoqa


Buğa qadınları duyğusal və zərifdir. Lakin onların inadçı və israrlı strukturlarına uyğun idman yoqadır.

Əkizlər (21 May - 20 İyun)

Qrup məşqləri


Əkizlər bürcü üçün monotonluqdan uzaq dayanmaq vacibdir. İdman edərkən müxtəliflik və ünsiyyət yoxdursa, Əkizlər sıxılar. Müxtəlif hərəkətləri olan və bədəninizin hər yerini işlədən idman kurslarına gedin.

Xərçəng (21 iyun - 22 iyul)

Velo-trinajor


Xərçəng bürcünün qadınları nizamlı olurlar. Sıxlıq olan mühitdə idman etməyi sevsələr də, vaxtaşırı öz fikirlərinə zaman ayırmağa ehtiyacları ola bilir. Yüksək templi velo-trinajorla edilən məşqlər, ya da qaçış Xərçəng qadınlarının axtardığı idman növü ola bilər.

Şir (23 İyul - 22 Avqust)

Boks


Şir bürcü qadınlarının idman etmə tərzi digər bürclərə nisbətən daha zövqlüdür. Buna görə də Şir bürcü qadınlarının boks kimi idmanla məşğul olmaları məsləhətdir.

Qız (23 avqust - 22 sentyabr)

Balet


Qız bürcü qadınları qədər diqqətli və vasvası bürc yoxdur. Müasir rəqs kursları və ya balet kimi idmanlar Qız bürcü qadınlarına uyğundur.

Tərəzi (23 Sentyabr - 22 Oktyabr)

Cüt edilən idmanlar


Bəzi insanlar tək idman etməyi sevirlər. Lakin Tərəzi qadınları ictimai ünsiyyət olmadan yaşaya bilmirlər. Onlar üçün ən uyğun idman növü tennis və ya döyüş idmanları kimi qarşılıqlı edilən idman növləridir.

Əqrəb (23 oktyabr - 21 noyabr)

Uzun məsafə idmanları


Əqrəb qadınlarının sakit xarici görünüşlərinin arxasında alovlu bir qüvvət və şiddətli bir fokuslanma qabiliyyəti dayanır. Uzun məsafəyə qaçış və ya üzgüçülük kimi dayanıqlılıq tələb edən idmanlar Əqrəb qadınlarının gərginliyini azaldar.

Oxatan (22 noyabr - 21 dekabr)

Müxtəlif məşqlər edin


Macəra ruhlu və doğuşdan atletik olan Oxatan bürcünün qadınları güc tələb edən idmanları sevirlər və müxtəlifliyə maraqlıdırlar. Bu baxımdan yorucu idmanlar sizi formada saxlayır. Maneəli qaçışlar və ya böyük ərazidə piyada yerimək sizi xoşbəxt edəcək.

Oğlaq (22 dekabr - 19 yanvar)

Pilates


Çox insanda olmayan intizam və iradə gücü Oğlaq qadının ən öndə olan xüsusiyyətidir. İntizam tələb edən pilates dərsi sizin üçün mükəmməldir.

Dolça (20 yanvar - 18 fevral)

Rəqs


Yaradıcı, maraqlı və yeni şeyləri sınamaqdan qorxmayan Dolça qadını üçün rəqs dərsləri uyğundur. Ətrafdakı insanlardan enerji alan Dolça qadını üçün sürətli rəqslər mükəmməldir.

Balıq (19 Fevral - 20 Mart)

Yoqa


Balıq bürcü qadını üçün idman etmək yalnız fiziki tələbat deyil. Zehnini və ruhunu da rahatlaşdırmaq istəyən Balıq qadını üçün yoqa kimi səssiz və sakit bir idman uyğundur. Fərqliliyi sevən Balıqlar suda edilən yoqanı da təcrübədən keçirə bilərlər.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.