Sibirli oğlan və Universal yəhudi metodu - HEKAYƏ

01 Mart 2017
3 894
0
Sibirli oğlan və Universal yəhudi metodu - HEKAYƏ
Bir dəfə ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı Henri Kissincerdən (1923) soruşurlar:
– Diplomatiya nədir?
- Bu universal yəhudi metodudur, icazə verin missal üzərində izah edim; Siz Sibirdə bir kasıb oqlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:
– Yəhudi qizla evlənmək istəyirsən?
– Nəyimə lazımdır, kəndimizdə qız doludur.
– Yox,o qiz milliarder qızıdır!
– A, onda bu hər şeyi dəyişir- mən razı!
Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm deyirəmki sizə Sibirdən bir oqlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!
– Nəyimə lazımdır Sibirdən, burda insan yoxdurki?
– Amma o Rokfellerin kürəkənidir!
– Onda bu hər şeyi dəyişir. Gəlsin!
Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəmki sənə Sibirdən bir kürəkən tapmışam.
– Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm
– Elə oda İsveçrə bankının prezidentidir.
– Hə, onda bu vəziyyəti dəyişir
Və qızını çağırır.
- Qızım sənə maliyyəçi ər tapmışıq.
Qız isə:
– Maliyyəçilər hamısı cılız və zəif olurlar! İstəmirəm.
– Yox qızım bu Sibirdəndir, çox möhkəmdir .
Və qız razılaşır. Bax bu sırf diplomatiyadır.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.