Niyə oğlan uşaqlarına daha çox üstünlük verilir?

Niyə oğlan uşaqlarına daha çox üstünlük verilir?
Görkəmli fransız yazıçısı Viktor Hüqo demişdir: “Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur”. Əbəs yerə deyilməmişdir. “Uşaqlar həyatımızın çiçəkləridir,uşaq evin dirəyidir”.Həqiqətən də uşaq ailə bağlarını daha da möhkəmləndirir.Bu haqda “Kitabi Dədə Qorqud” dastanında,bir çox əsərlərdə də qeyd olunmuşdur.Ailədə uşaq doğularkən ata-ana, nənə-baba çox sevinir.Bu sevincə hər kəs qoşulur. Xüsusilə də oğlan uşaqları doğularkən bu sevinc ikiqat yaşanır.Belə bir sual yaranır.Bəs,niyə ailədə oğlan uşaqlarına daha çox üstünlük verilir?Buna səbəb nədir? Ta qədimdən xüsusilə də Şərq ölkələrində oğlan uşaqlarının dünyaya gəlməsi toy-bayram kimi qeyd olunur.Ailədə oğlan qızdan daha üstün görülür.Qədim tarixə nəzər salsaq biz görərik ki, İslam dini yaranana qədər ailədə qız doğulardısa o ya diri-diri basdırılar ya da ödürülərdi.Səbəb isə “ qızın doğulması ailə üçün təhqirdir.Kişi olanın oğlu olar” və s.tipli fikirlər idi.Bu cür fikirlər demək olar ki,son dövrlərə qədər “qüvvə”də idi.Hətta bir çox ölkələrdə hələ də mahiyyətini itirməmişdir.

Qız övladı yoxsa oğlan?Adətən evlənməmişdən öncə ,yaxud ilk hamiləlikdə cütlüklər arasında bu mövzu haqqında belə bir müzakirə yaranır.Ata söyləyir:-Mən oğlan istəyirəm.Ana söyləyir:-Mən qız.İstəmədən bəzən bu münaqişəyə də çevrilir.Məlumdur ki, bu onların istəklərindən də aslı olan bir iş deyil.El arasında da belə bir fikir var.“İlkinə oğlan oldusa siğortalanmısan” .Bu tipli fikirlərin yaranması nədən qaynaqlanır?Niyə övladlar arasında fərq qoyulur? Cəmiyyət içərisində belə bir düşüncə var.“Oğlan nəslin davamçısıdır,oğlan olması şərtdir.Oğlu olmayan sonsuzdur”.Əslində bu cür fikirlərin yaranması cahillikdən,insanların sosial-psixoloji baxımdan maariflənməməsindən irəli gəlir.Peyğəmbər (s.ə.s) Efəndimizində oğlu olmayıb.Bu o demək deyil ki,onun nəsli davam etməyib.Bu zaman həmin düşüncədə olan insanlara söyləmək lazımdı.“Məgər,səni dünyaya gətirən qadın deyilmi?!”Dünya tək kişilərdən ibarət olmamalıdır.Allah özü bir tarazalıq yaradıb.Onu pozmaq isə insanların işi deyil.

Yaxud da “oğlan namus-qeyrət daşıyıcısıdır,qoruyucudur”. Düzdü,bu yanaşma səhv də deyil.Ancaq,elə əxlaqsız oğullar var ki…Biz tərəflərdə bir söz var: “yaxşı qız on oğula dəyər”.Həqiqətən də “aslanın erkəyi dişisi olmaz”.

Müasir dövrdə oğlan və qız övladları arasında fərqin qoyulması əvvəlki illərə nisbətən o qədər də hiss olunmur.Bu,dövrlə bağlı olaraq elmin inkişafı,KİV-dən məlumatların əldə olunması,insanların maariflənməsi,savadlı nəslin yetişməsi,dünyagörüşün artması ilə əlaqədardır.

Övlad xeyirli olduqdan sonra onun oğlan yaxud da qız olmasının heç bi fərqi yoxdur.


Sitarə Xəlilzadə
gencaile.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.