Maraqlı Seçilmiş Statuslar

09 Aralık 2021
2 978
0
Maraqlı Seçilmiş Statuslar
Qadın
Gözəllik məsələsində qadınlardan biri o birinin üstünlüyünü çətin bağışlar.

Tərif
Axmaq bizi tərifləməyə başlayanda bir o qədər də axmaq görünmür.

Hörmət
Çoxları öz hörmətlərini, özgələri onlara hücum edəndə yadlarına salırlar.

Ağıl
Axmaq adam başqasını hay-küylə, müdrik isə yerində deyilmiş hikmətli sözlə heyrətləndirir.

Qadın
Qadın ləyaqəti haqqında mühakimə etmək lazım gəldikdə, onun gözəlliyini itirənə qədər gözləmək lazımdır.

Yalan danışma
Yalan danışan insanlar insanlar tərəfindən sevilir, amma Allah tərəfindən sevilmir. Yalan şeytanın dostudu, yəni yalan danışan da şeytanın dostudu.

Qadın
Qadınların əksər hissəsi gəzinti zamanı tovuz quşu, evdə qarğa və tək görüşlər zamanı göyərçinlərdir.

Yalan
Yalan danışsaz hamı sizi sevər, amma Allah sizi sevməz. Bir də yalan danışan insanlar yalan danışaraq sevilirsə deməli onların sevilməsi də yalan sevgidi.

Səhv
Səhvimiz çox zaman-tam səadetimizdir. Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur. Qüssə və ağrıların sonu yoxdu. Demək etdiyimiz səhvlərin de sonu olmaz.

Gözəllik
Hamıdan çirkin olsa belə, elə bir qadın yoxdur ki, güzgü ona onun kifayət qədər gözəl olduğunu inandırmasın.

Ağıl
Susmaq həmişə ağıllı olmağı sübut etmir. Bəzən ağılsızlığın biruzə verilməsinin qarşısını alır.

Qadın
Gözəlliyi qurtarandan sonra qadınların böyük əksəriyyətini təvazökarlığı başlayır.

Unudulmayan
Məncə ilk sevgi deyil də, ən böyük sevgi unudulmur və əsl sevgi həyatda bir dəfə olur.

Yuva
Qızıldan olsa da qarğa yuvası, adı ki, qarğadır nədir mənası.

Razılaş
Qulağı dinc yaşamaq istəyirsənsə onda razılaş.

Zənginsən
İstədiyin şeyə sahibsənsə əgər onda zənginsən, amma onsuz yaşaya bilirsənsə daha da zənginsən...
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.