Xoşbəxt Olmağın Maraqlı Yolu!

14 Mart 2017
4 849
0
Xoşbəxt Olmağın Maraqlı Yolu!
Bir qrup yaşlı insan bayramda ən çox sevdikləri qoca professoru yad etmək üçün onun evinə gəlir.Xoş xatirələrdən uzun müddət danışdıqdan sonra söhbət gündəlik həyatlarına-şikayətlərinə, stresslərinə gəlir.Tələbələrinə çay qonaqlığı verən müəllim onların çayını müxtəlif cür olan fincanlarda gətirir: köhnə , yeni, bahalı, dəbdəbəli və s. İsti çaya hamının qonaq olmağını istəyir. Hər kəs bir fincan çay götürdükdən sonra , qoca professor bele deyir:

– ”Əgər diqqət etdnizsə ilk olaraq hamı daha maraqlı görsənən , daha bahalı, daha yaxşı fincandakı çayı özünə götürdü. Hər kəs özü üçün normal olaraq ən yaxşısını seçmək istədi. Bu həmdə bir anlıq da olsa sizin “stress” keçirməyinizə, gərginləşməyinizə səbəb oldu. Ancaq hamının istədiyi çay idi, fincan deyil. Həyatda belədir, özümüz üçün istədiyimiz ən yaxşı şeylər bizi məqsəddən uzaqlaşdırmaqla yanaşı həmdə stressə salır, gərginləşdirir. Əgər biz həyatı çay, fincani isə ailə, iş, pul, maşın və s. kimi qiymətləndirsək harda səhvə yol verdiyimzi anlaya bilərik. Ən yaxşıya sahib olmaq istəyi bizdə şüuraltı olaraq ona yönlənməyə və bu da öz növbəsində stressə, depresiyyaya səbəb olur. Əgər biz ancaq fincana yönləndirsək özümüzü, onda çay nəzərdən qaçacaq və çayın dadını hiss etməyəcəyik. Buna görə də fincana yox, içindəkinə nəzər yetirməliyik ki, ağzımızın dadı qaçmasın.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.