"Həyat meydandır, kimi yarışmaya gəlir, kimi alverə. Xoşbəxt tamaşaya gələnlərdir" - STATUSLAR

"Həyat meydandır, kimi yarışmaya gəlir, kimi alverə. Xoşbəxt tamaşaya gələnlərdir" - STATUSLAR
Gözəlliklər.
Ədalət - idarəçilərdə, səxavət - zənginlərdə, səbr - fəqirlərdə, tövbə - gənclərdə, həya - qadınlarda daha gözəldir.

Maraqlı.
Kişinin qüvvəsi, onun işdə olan hörməti ilə ölçülmür. O, kişinin evdə olan hörməti ilə ölçülür.

Kişinin gücü.
Kişinin gücü səsinin qalınlığı ilə ölçülmür. O, qulağa pıçıldanan gözəl sözlərlə ölçülür.

Hörmət
Qazanılmış hörməti qoruyub saxlamaq hörməti qazanmaqdan daha çətindir.

Tamaşaçı
Həyat meydandır, kimi yarışmaya gəlir, kimi alverə. Xoşbəxt tamaşaya gələnlərdir.

Sadəlik
L.Tolstoya görə, gözəlliyin əsas şərti sadəlikdir.

Ağıllı
Hötenin fikrincə, mübahisə edən iki adamdan ağıllı olan günahkardır.

Gözəllik
Ərəb atalar sözünə görə qadının ağlı onun gözəlliyindədir.

Müdrik
İngilis yazıçısı Corc Qalifaksa görə müdrik olmaq üçün düşməni göz qabağında saxlamaq lazımdır.

İstedad
Tomas Edisona görə istedad dahiliyin 1%, zəhmət isə 99% təşkil edir.

İnsan
Özünü həddindən çox sevən insan həmişə başqalarının fikrindən asılı olur.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.