Arılar haqqında 9 maraqlı fakt

19 Mart 2017
1 625
0
Arılar haqqında 9 maraqlı fakt
1. Dünyada 16,000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız 5% arı növü qrup halıda yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.

2. 80,000 qədər arı bir pətəkdə koloniya halında yaşaya bilir.

3. Erkək bal arıları yalnız kraliça arı ilə cütləşmək üçün yaşayır. Əgər pətəkdə yemək çatışmamazlığı varsa işçi arılar tərəfindən pətəyindən qovulurlar. Xortumları çiçəkdən nektar toplamaq üçün kifayyət qədər uzun olmayan bu arılar qidalana bilmədikləri üçün tələf olurlar.

4. Erkək bal arıları çoxalma zamanı gövdələrinin alt hissəsi zədələndiyi üçün ölürlər.

5. 1660-cı ilə qədər “kraliça” arının əslində “kral” olduğu düşünülürdü, lakin sonra Hollandiyalı alim Jan Svammerdam pətəyin böyük arısını hissələrə bölüb tədqiq edən zaman onda yumurtalıqlar kəşf etdi. Beləliklə, həmin dövrə qədər davam edən səhv anlaşılma aradan qalxdı.

6. Avstraliyalı alimlər apardıqları tədqiqatlar yolu ilə arıların insan sifətini tanıya bilmə qabiliyyətini kəşf etmişdirlər.

7. Arılar həm də partlayıcı maddələri tanıya bilmək bacarığına malikdirlər.

8. “Balayı” kəliməsi qədim Şimali Avropa ənənəsindən qalmadır. Belə ki, bu ənənəyə görə yeni evlənən çütlüklər bir ay ərzində mayalı baldan hazırlanan bal likörü içirlər.

9. Birinci Dünya müharibəsində baldan əsgərlərin yarasını sağaltmaq üçün istifadə edirdilər, çünki bal nəmi əmir və yaranın tez bir zamanda bağlanmasına kömək edir.

bildirchin.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.