Qış paltar və ayaqqabılarını yığışdırmaq vaxtıdır.Bəs qış paltarlarını necə saxlamalı?

21 Mart 2017
2 248
0
Qış paltar və ayaqqabılarını yığışdırmaq vaxtıdır.Bəs qış paltarlarını necə saxlamalı?
Praktik üsullarla, qışlıq paltarlarınızı heç bir zərər görməyəcək və bir sonrakı qışa qədər təmiz qalacaq şəkildə saxlaya bilərsiniz.

Qışlıq geyimlərini yığışdıryma əməliyyatına başlamazdan əvvəl hamısının təmiz olduğundan əmin olun. Ətir və deodorant qalıqları, zaman içərisində parçaların rənginin solmasına; geyim üzərində qalan qırıntılar isə, güvənin gəlməsinə səbəb olur. Buna görə saxlama əməliyyatından əvvəl yuyulmalarıı yaxşı olacaq.


Geyimlərinizi maksimum 21 ° C istilikdə, az işıq alan və aşağı nəmli bir yerdə saxlayın. Quru təmizləmə torbaları geyimlərinizin zaman içərisində saralmasına və nəm tutmasına səbəb olarkən, geyimləri odekolonlayaraq yığmaq da böcəklənməsinə gətirib çıxaracağından bunları istifadədən çəkinin.

Saxlama üsulları geyim qruplarına görə dəyişiklik göstərir:

Gödəkcə

İlk olaraq qopmuş düymələri tikin, xarab zəncirbəndləri təmir edin və cibləri boşaldın. Ardından asılabiləcək quruluşda olanları, qalın taxta asqılara asıb, hava keçirən kətan bir paltar örtüyünün içinə qoyaraq şkafa asın. İçi doldurulmuş qabarıq montlarınızı vakuum tıxaçlı torbalara qoyun. Sellofanın içərisində yarı yarıya bir boşluq yaratmaq üçün montlar üzərinə yaxşıca basın.

Koftalar

Ən ağırları alta gələcək şəkildə koftaları ve sviterləri qatlayaraq plastik bir qaba yerləşdirin. Rənglərin bir-birinə bulaşması ve kofta üstündəki bəzəklərin bir-birinə ilişməsi ehtimalına qarşı, her bir qatın arasına kağız yerləşdirin.

Aksesuarlar
Əlcəkləri ve boş bir formada rulon halına gətirdiyiniz şərfinizi plastik bir qabın içerisinə yerləşdirin. Papaqları xüsusi papaq qutularında ya da hava keçirən hər hansı bir qabda muhafizə edə bilərsiniz. Ancak bunu etmədən əvvəl içlerini kağızlarla doldurun. Əks halda papaqların forması pozulacaqdır.

Çəkmələr ve ayaqqabılar
Kauçuk və ya rezin ayaqqabıların üzərindəki çirkləri sildikdən sonra, ayaqqabı döşəməsini da əvvəl tel fırça köməyiylə, sonra ayaqqabı fırçasıyla gözəlcə təmizləyin. Təmizlədikdən sonra ayaqqabıların içlərinə və üzərinə soda səpin, formasını qorumaq üçün iç qisimlərini kağızlarla doldurun və dik dayanacaq şəkildə şkafa qoyun.

Bu üsulları tətbiq etsəniz geyimləriniz gələcək qışa qədər təmiz bir şəkildə qalacaq və heç bir zərər görməyəcək.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.