Dişlər necə Fırçalanmalıdır?

24 Mart 2017
1 181
0
Dişlər necə Fırçalanmalıdır?
1. Diş fırçası 45 dərəcəlik bucaq altında tutulmalıdır və diş əti səviyyəsindən başlamaqla ağız boşluğuna doğru fırçalama prosesi davam etdirilməlidir. Xarici səthlərdən başlayan fırçalama sərt zərbələr halında deyil, yumşaq və dairəvi hərəkətlər halında, ön dişlərdən arxa dişlərə doğru edilməlidir.

2.Daha sonra dişlərin iç səthləri eyni şəkildə fırçalanmalıdır. Bu zaman da fırça maili tutularaq diş ətindən ağız boşluğuna doğru hərəkət etdirilir.

3. Daha sonra dişlərin çeynəmə səthləri fırça düz olaraq irəli-geri hərəkət etdirilərək fırçalanır.

Sağlam diş ətləri fırçalama zamanı qanamaz.

Əgər diş fırçalama zamanı diş ətləriniz qanayırsa, qanayan yerlər yaxşı təmizlənə bilmir deməkdir. Diş ətiniz qanasa da, fırçalamanı yarımçıq buraxmamalısınız. Əksinə qanayan yer daha diqqətli şəkildə fırçalanmalıdır.

Əgər 3-4 gün doğru fırçaladığınız halda qanama davam edirsə, o hissədə ya diş daşı yaranmış ola bilər, ya da fırçalama üsulunuz yaxşı olmaya bilər. Bu zaman stomatoloqa müraciət etməyiniz faydalı olacaq.

Diş fırçası şəxsin özünə aid olmalı və başqaları ilə paylaşılmamalıdır. Diş fırçaları bir neçə ayda bir dəfə, ən gec 3-4 aydan bir dəyişdirilməlidir. Lazım gəldikdə diş ipindən istifadə edilməlidir. Bunlarla bağlı məsləhətləri almaq üçün stomatoloqa müraciət etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.