Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!

25 Mart 2017
1 556
0
Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!

Nədir bu kişilərin "tez hazırlaş, çox gözləmərəm, gedərəm" təhdidləri? 5 dəqiqədə hazırlaşa biləcək qadın varsa, burax əlini, ayağını belə öpərəm. Amma yoxdur! Bu cür bir üst model hələ doğulmayıb. Kişilər bir şalvar geyinib, üzərinə köynək keçirdirlər, fəqət qadınlar elə deyil! Bir qadın niyə 5 dəqiqədə hazırlaşa bilməz və bunu necə başa salar taktikalarını Feat.Az təqdim edir:


"Niyə məhz 5 ?" deyə soruşub vaxt qazana bilərsiniz.

Xeyr məsələn niyə də 10 deyil? Bu vəziyyət məncə böyük bir problemdir. 10 dəqiqə gözləmək bu qədərmi çətin? Hərçənd..bizə 10 dəqiqə də bəs etməz,nəysə!

Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!


"Saçlarımı fenləməyim də, sənin o qıcıq dostunun ədalı sevgilisindən aşağıda qalım?"


Necə yəni 5? 5 dəqiqə mənim saçımın feninə çatmaz, deyərək kişiləri yola verə bilərsiniz. Getdiyiniz mühitdə heç kimdən geri qalmayacaqsınız əlbəttə!

Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!


Ayaqlarımda meydana gələn tüklərlə döyüşüm də 5 dəqiqəyə daxildir?


Bir həftə əvvəl edilən tük təmizliyi, təqdir edərsiniz ki paltar geyməyə icazə verməz. Amma xüsusi bir yerə gedilirsə qadınlar don geyməyi seçim edəcək. Donun altında sütun kimi ayaqlar, görünsə də görünməsə də qadınlara öz güvən verər. Bu səbəbdən son dəqiqə edəcəyiniz kiçik bir təraş əməliyyatı, gününüzü qurtaracaq.

Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!


Sürdüyüm kremin əmilməsi 5 dəqiqədir həyatım!


Burada qadın, kişisinə altdan altdan bu mesajları verir. Kremi dərim əməcək, üzərinə də makiyaj edəcəyəm, geyinib baxacağam, rənglər uyğun deyilsə təkrar paltar axtarıb onları uyğun hala gətirəcəyəm. Hələ macəranın çox başındayam, xahiş edirəm otur və özünə bir soda hazırla. Yeni başlayırıq həyatım! Açıqca söyləsə mübahisə çıxacağını bildiyindən, ləb deyib ləbləbini anlamağı kişisinə buraxmaq ən doğru hərəkət olacaq.

Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!


Hazırlaşıb qapıya çıxdıqda tələsikçi rəftarları əldən buraxmayın!


Hansı ki, siz də getmək üçün can atırsınız da, gecikməmək üçün əlinizdən gələni edirsiniz görkəmi bu nöqtədə önəmlidir. Onsuzda bir az sonra mübahisə edəcək kişinizin ağlını əvvəldən yaxşıca qarışdırın ki, gediləcək yerə gecikdiyinizdə qəbahəti sizdə görməsin.

Kişilərin "5 dəqiqəyə hazır olmasan gedirəm" təhdidinə veriləcək şahanə cavablar!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.