And içib andı pozanda nə etmək lazımdır?

06 Nisan 2017
1 604
0
And içib andı pozanda nə etmək lazımdır?
And içməyin iki növü var. Birincisi budur ki, insan hər hansı əməli etməməyə və ya etməyə and içsin. İkincisi isə hər hansı məsələnin doğru və ya yalan olmasına and içsin. Birinci növ andı içib yerinə yetirməyən adam ya gərək bir koləni azad etsin, ya 10 nəfər kasıb adamı yedirsin və ya geyimlə təmin etsin, ya da 3 gün ardıcıl oruc tutsun. İkinci növ andı pozan adama cərimə düşmür. Qeyd edək ki, ikinci növ andı yalandan içmək günahdır, doğrudan içmək isə məkruhdur.

Feat.Az islam.az-a istinadən bildirir ki, andın bəzi vacib şərtləri var. Birincisi, gərək insan sərxoş ya hədsiz qəzəbli olmasın. İkincisi, Allahın adına and içsin, başqa bir şeyə, hətta müqəddəs şəxsə, əşyaya və ya məkana and içsə sayılmaz. Üçüncüsü, edəcəyi barədə and içdiyi əməl haram ya məkruh olmasın (məsələn, şərab içmək, qumar oynamaq barədə and içmək), etməyəcəyi barədə and içdiyi əməl də vacib və ya müstəhəb olmasın (məsələn, namaz qılmamaq barədə and içmək). Dördüncüsü, içdiyi andı yerinə yetirməyə imkanı olsun. Məsələn, əldə edə bilməyəcəyi məbləğdə pulu vermək və ya fiziki imkanı çatmayan işi etmək barədə and içsə sayılmaz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.