Oniomaniya. Şopinq: Zövq və ya xəstəlik?

07 Nisan 2017
1 592
0
Oniomaniya. Şopinq: Zövq və ya xəstəlik?
Oniomaniya (şopaqolizm) – yunan dilindən tərcümədə “ağılsız alış-veriş” deməkdir. Alış-verişə bu qədər bağlılıq və asıllıq şopaqolizm adlanır. Bu maniyaya meyilli olan insanlara isə şopaqolik deyilir.

Hal-hazırda hamımız 21-ci əsrdə yaşayırıq. Zaman və satılan mal qıtlığı artıq çoxdan keçmişdə qalıb. İndi demək olar ki, hər bir müasir insan nəinki ən zəruri olanı, həm də bir çox digər əşyaları almağa qadirdir. Və bu imkanlar demək olar ki, hər bir sahədə var, məişət məhsullarından tutmuş, daşınmaz əmlak və avtomobil satışına qədər.

O vaxtdan cəmiyyətimizdə və dilimizdə belə dəyişiliklər baş verib. Bu səbəbdən dilimizə yeni sözlər daxil olub və hətta bəziləri dilimizdə möhkəmlənib: butik, supermarket, şopinq. Əgər sadalananlardan sonuncu termin ingilis dilində sadəcə nəsə almaq mənasına gəlirsə, bizim dildə bunun daha dərin və geniş mənası var. Beş dəqiqəlik qonşu dükana gedib çörək almaq – bu şopinq deyil. Şopinq – xüsusi bir məşğələdir, hobbidir və demək olar ki, yeni bir idman növüdür. Şopinq dedikdə müxtəlif mağazalara yürüş və seçilmiş malların diqqətli və ciddi təhlili nəzərdə tutulur. Çox vaxtı isə şopinq birmənalı məqsəd daşımır. Əsas olan prosesin özüdür, nəinki nəticə.

Hətta çox xırda bir şey olan alış-verişdən belə insanların həyata olan münasibətini anlamaq olar. Məsələn, bu gün ən geniş yayılmış kateqoriya “şopinq fanatları” kateqoriyasıdır. Adətən hesab edilir ki, onların arasında xanımlar üstünlük təşkil edir, lakin bu kateqoriyaya aid olan kişilərin də sayı az deyil. Həmçinin, əgər əvvəllər xanımlar əsasən geyimə və kosmetikaya, cənablar isə avtomobillərə, silaha, idman ləvazimatlarına maraq göstərirdilərsə, hal-hazırda isə hər iki tərəf öz xarici görünüşlərinə daha çox maraq göstərir. Demək olar ki, bu kateqoriyanın nümayəndələri, bir qayda olaraq, öz asudə vaxtlarını və istirahət günlərini geyim mağazalarında keçirirlər. Bəzən isə tək yox, iki-üç nəfərin müşayiəti ilə. Onlar əsasən bir butikdən digərinə paltar seçərək uzun müddət gəzirlər və çox vaxtı nəsə alırlar. Yeri gəlmişkən, şopinq həm də stress ilə mübarizə və əhval-ruhiyyə qaldırma vasitəsi kimi sayılır. Alış-veriş müəyyən mənada həm əyləncə, həm istirahət, həm də həyat tərzinə çevirilir. Hətta artıq bir çox psixoloqlar depressiyadan xilas olmaq üçün mağazaları dolaşmağı məsləhət görürlər.

Bir tərəfdən, şopinq-terapiya stressə qarşı ən yaxşı üsullardan biridir. Həkim və dərmanların köməyi olmadan, insanın əminliyini və özünə qiymətini yüksəldir. Digər tərəfdən isə, bu asıllıqdır.

Alıcı maniyasını narkomaniya ilə müqasiyə etmək olar. Zaman keçdikcə eyforiya gətirən “doza” kifayət eləmir və şopaqolik öz üzərində nəzarəti itirir. O, digər ehtiyyaclar üçün nəzərdə tutulan pulu xərcləyir, seçdiyi əşyanı dərhal ala bilmədikdə isə ciddi əzab çəkir. Əvvəl alınanlar artıq onu maraqlandırmır, diqqətini cəlb eləmir. Getdikcə də, ailəsində problemlər yaşamağa başlayır. Və nəticədə bu hal izah edilə bilməyəcək tərzə dönüşür. Həmin adamlar daim frustrasiya (sadə dildə desək, imkanların arzularla uyğun gəlməməsi) vəziyyətində olurlar. Ödəyə bilmədiyi tələbatlar artıq yavaş-yavaş həmin insanları idarə eləməyə başlayır. Adətən, bu cür daxili diskomfort sosial cəhətdən təhlükəli əməllərə, psixi pozğunluqlara, psixosomatik xəstəliklərin inkişafına və hətta intihara gətirib çıxara bilər. Oniomaniyanın yaranmasının əsas səbəblərinə aşağıdakılar aiddir:



Diqqət çatışmazlığı, tənhalıq hissi;
Sevgi çatışmazlığı;
Depressiya, stress;
Pozitiv emosiyalar çatışmazlığı
Asılıllığa meyililik


Alış-verişdən asıllılığın həm dərmanla müalicəsi mümkündür, həm də psixi korreksiya yolu ilə. Həmin vəziyyətin müalicəsində antidepressantlar və psixotrop preparatlar farmakoloji müalicədə istifadə olunur. Şopaqolizmin müalicəsində bir neçə psixoterapik metodlar var:

Koqnitiv-davranış
Rasional
Psixoanalitik


Beləliklə, təklif olunan psixoterapik metodlar oniomaniyanın neytrallaşdırılmasında çox böyük köməklik göstərir. Xüsusilə maliyyə böhranının hökm sürdüyü dövrlər üçün çox aktualdır. Əhalinin bir xeyli hissəsi müxtəlif zərərli meyllərə və “zəhlətökən alış-veriş asılılığına” həssas olduğunu nəzərə alsaq, psixoterapiyanın rolu əvəzsizdir.
rezonanss.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.