Dostun səni günaha aparırsa, nə etməli?

10 Nisan 2017
1 667
0
Dostun səni günaha aparırsa, nə etməli?
İnsan bu dünyada kiminlə dostluq etdiyinə fikir verməlidir, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi (insan) dostunun dinindərir. Elə isə hər kəs baxıb görsün kiminlə dostluq edir". (Əbu Dəvud, 4833; ət-Tirmizi, 2378). Həmçinin demişdir: "Yaxşı dostla pis dos­tun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldi­yi­ni duyarsan. Körük vurana gəldikdə isə ya o sənin paltarını yan­dırar, ya da ondan pis iy gəldiyini duyar­san". (əl-Buxari, 5534).

Feat.Az zikr.az-a istinadən bildirir ki, əgər dost insanı günaha aparırsa, həmin dost əslində insanın düşmənidir, çünki əsl dost insanı ziyana uğratmaz. Uca Allah buyurur: "Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27-28); "O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər". (əz-Zuxruf, 67). Dostlarınıza gözəl şəkildə nəsihət edin, əgər islah olsalar dostluğa davam edin, əks təqdirdə dostluq etməyin. Özünüzə elə dostlar seçin ki, bu dünyada sizi xeyir əməllər etməyə dəvət etsin, axirətdə isə əl-ələ verib Cənnətə daxil olasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.