Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

11 Nisan 2017
1 591
0
Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz
Hədisləri öyrənən elmə elmül-hədis deyirlər. O da öz növbəsində bir neçə elm şöbəsinə bölünür. Məsələn, dirayətül-hədis hədisçilik terminlərinin izahı və təməl prinsiplərin əsaslandırılması ilə məşğul olur. Rical elmi hədis ravilərinin tərcümeyi-halını öyrənir. Cərhü tədil elmi hədis ravilərinin mötə¬bərlik dərəcəsini araşdırır, ravinin şəxsi keyfiyyətlərinə, iman səviyyəsinə, əxlaqına, hafizəsinə, siyasi mənsubiyyətinə əsasən onun rəvayətlərinə inanmaq lazım gəlib-gəlmədıyini ayırd edir. Bundan başqa, hədislərdə çətin anlaşılan sözləri, hədislər arasındakı uyğunsuzluq və ziddiyyətləri, bir-birini nəsx edən (ləğv edən) hədisləri öyrənən elm şöbələri də vardır.

Səhih və zəif hədis nədir?

Feat.Az islam.az-a istinadən bildirir ki, hədisçilik elmində hədislər növlərə bölünür. Bu təsnifat hədislərin həm sənədınə, həm də mətninə (bəzən də bunların birinə) görə aparılır. Dini mətnlərdə üç hədis növünün adı tez-tez çəkilir: səhih hədis, həsən hədis və zəif hədis.

1. Səhih hədis

Səhih hədis həm sənəd, həm də mətn baxımından tam sağlam, düzgün və etibarlı hədisdir. Bu hədisin sənədində adı keçən ravilərin hamısı ədalətli, mömin, doğrucul, hafizəli olmalıdır. Sənəd zəncirinin ilk halqasından son halqasına kimi qırılma olmamalıdır, yəni hər bir ravinin bu hədisi özün¬dən əvvəlki ravidən nəql etməsi sübuta yetməlidir. Hədisin mətni də İslam dininin əsaslarına, Quran hökmlərinə, digər səhih hədislərin məzmununa zidd olmamalıdır.

2. Həsən hədis


Səhih hədisdən bir qədər aşağı dərə¬cədə duran hədisə həsən (yaxşı) hədis deyılir. Həsən hədisin də ravisi ədalətli, mömin və sadiq (doğrucul) olmalıdır. Lakin həsən hədisin sənədindəki ravi hədisçilik sahəsin¬də bəzi nöqsanlara sahib ola bilər (məsələn, hafizəsi güclü deyil, hədisi düzgün rəvayət edib-etmədiyi barədə özünün şübhəsi var və s).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.