Meyvə və tərəvəzlərin soyulma qaydası

26 Nisan 2017
1 454
0
Meyvə və tərəvəzlərin soyulma qaydası
Meyvə və tərəvəzlər səhv soyulduğu halda qida dəyərlərini itirir, həm də yanlış şəkildə bişirilməsinə səbəb olur. Bu səbəbdən tərəvəz və meyvələri soyarkən bəzi qaydalara diqqət etmək lazımdır.

Sarımsağı bıçaqla soymayın


Feat.Az deyerler.org-a istinadən bildirir ki, sarımsağı soyanda istifadə edilən bıçaq, qida dəyərinin azalmasına və əlinizə sarımsaq qoxusunun hopmasına səbəb olur. Bunun qarşısını almaq üçün sarımsaqları kiçik bir bankaya qoyub qapağını möhkəm bağlayın. Sonra bankanı möhkəm silkələyin. Bankada yaranan təzyiq sarımsağın qabıqlarının soyulmasını təmin edəcək.

Pomidorları soymaq üçün isti sudan istifadə edin

Pomidorları asanlıqla soyulması üçün ilkin olaraq isti suya daha sonra soyuq suya atın. Bu cür üsulla pomidorlar zərər verilmədən qabığı təmizlənmiş olacaq.

Bananı əks tərəfindən soyun

Bananı düzgün bir formada soymaq üçün alt hissəsini çevirərək soyun. Bu üsulla banan bir dəfəyə asanlıqla soya bilərsiniz.

Kartofları isti suda saxlayın

Soyulanda ən çox israf edilən tərəvəz kartofdur. Bunun qarşısını almaq üçün kartofları soymadan əvvəl qaz sobasında qaynayan suyun içinə qoyaraq, qazı söndürün. Kartofları belə saxladıqdan sonra israf etmədən asanlıqla soya bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.