Zülfüqar qılıncı həqiqətənmi ikitiyəli imiş?

28 Nisan 2017
4 631
0
Zülfüqar qılıncı həqiqətənmi ikitiyəli imiş?
Zülfiqar İmam Əli ibn Əbu Talibin (ə) məşhur qılıncının adıdır. Ərəb dilindən tərcüməsi "fəqərəli" deməkdir. Bəzən yanlış olaraq "zülfiqar" sözünü "ikifəqərəli, ikiuclu, qoşatiyəli" kimi tərcümə edirlər. Əslində isə, burada "iki" rəqəmindən söhbət getmir, "fiqar" "fəqərə" sözünün cəmidir və "fəqərələr, onurğalar" deməkdir. Qılıncın tiyəsinin üzərində onurğa fəqərəsinə bənzər naxışlar və ya kərtiklər (kəsiklər) olduğu üçün ona bu ad verilmişdi. Zülfiqarın mənşəyi barədə mənbələrdə fərqli məlumatlar mövcuddur.

Feat.Az islam.az-a istinadən bildirir ki, Zülfiqarın uzunluğu yeddi, eni isə bir qarış idi. Geniş yayılmış təsəvvürün əksinə olaraq, Zülfiqar ikitiyəli, haça uclu deyildi. Onun tiyəsinin hər iki tərəfi iti idi. Yəni bu qılıncla deşici zərbə vuranda hər iki istiqamətdə yara əmələ gətirirdi ki, bu da silahın öldürücü gücünü artırırdı.

Şiə mənbələrində göstərilir ki, Zülfiqar imamlara nəsildən-nəslə keçmişdir və hal-hazırda XII imam Mehdidədir (ə). Mehdinin (ə) zühur əlamətlərindən biri də Zülfiqara sahib olmasıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.