Kişilər üçün cənnətdə hurilər var, bəs qadınlar üçün nə nəzərdə tutulur?

30 Aralık 2021
2 650
0
Kişilər üçün cənnətdə hurilər var, bəs qadınlar üçün nə nəzərdə tutulur?
Qurani-Kərimdə möminlər üçün nəzərdə tutulmuş behişt nemətlərindən danışılarkən son dərəcə gözəlliyi ilə seçilən hurilərdən söz açılır: "(Möminlər üçün cənnətdə) iri gözlü, qəşəng hurilər də vardır, onlar sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər" (Vaqiə, 22-23).

Feat.Az
islam.az-a istinadən bildirir ki, lakin Quranda buna da işarə edilir ki, əgər ər-arvadın hər ikisi cənnətə layiq görüləcəksə, behiştdə birlikdə yaşayacaqlar: "Onları özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir" (Rəd, 23).

Əgər cənnətə düşmüş qadının əri cəhənnəmə layiq görüləcəksə, bu halda qadına cənnətdəki mömin kişilərdən birinə arvad olmaq təklif ediləcəyi barədə ehtimallar da vardır. Eləcə də, bəzi rəvayətlərdə mömin kişilərin huri adlı qadın cinsli varlıqlarla evlənəcəyi barədə məlumat verildiyi kimi, mömin qadınların da qılman adlı kişi cinsli varlıqlara ərə gedəcəyi deyilir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.