Qeyri-adi qadağalar: rels üzərində öpüşmək, liftdə danışmaq olmaz

08 Mayıs 2017
1 491
0
Qeyri-adi qadağalar: rels üzərində öpüşmək, liftdə danışmaq olmaz
Hər bir ölkənin özünəməxsus qanunları var. Amma bəzi ölkələrdə olan qanunlarda isə qeyri-adi qadağalar əks olunub. Bu qanunların qüvvədə olduğu ölkələrdə qeyd olunan qadağalar pozularsa ciddi cəza (hətta uzunmüddətli həbs) tətbiq edilə bilər. Feat.Az saytı dünya ölkələrinin bəzilərində olan qeyri-adi qadağaları oxucuları üçün təqdim edir.

- ABŞ Alyaska ştatının Faribanks şəhərində marala spirtli içki vermənin cəzası həbsdir.

- Arizonanın Mohave mahalında şorba oğrusu tutulduqda yeməyi oğrunun başından aşağı tökülür.

- Çində bir insanı boğulmaqdan qurtarmaq, o adamın qədərini dəyişdirmək mənası daşıdığından qadağandır.

- İsveçrədə bazar günləri paltar və avtomobil yuyula bilməz.

- Nyu Yorkda əcnəbi biri ilə liftdə danışmaq qadağandır.

- Vaterloo şəhərində bərbərlərin 07.00 - 19.00 arası soğan yemələri qadağandır.

- Fransada relslər üzərində öpüşmək qadağandır.

- İtaliyada ətək geyən kişilər cinayət işləmiş sayılır. Cəmiyyətə açıq yerlərdə and içmək, yumruq atmaq, həmçinin Məryəm adlı qadınların fahişəlik etməsi də qadağan olunub.

- Texasda ayaq üstdə pivə içərkən ən çox üç dəfə qurtum içə bilər. Dördüncü qurtum qadağandır. İçmək üçün oturmaq lazımdır.

- Montanada bir qadının yoldaşına aid məktubu açması ağır cinayətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.