Xoruldamanın sağlamlığa zərərləri

14 Mayıs 2017
1 099
0
Xoruldamanın sağlamlığa zərərləri
Yatarkən xoruldamaq ürək ritmində dəyişmələr meydana gətirə bilər. 30 dəqiqə davam edən xoruldama nəticəsində beynə gedən oksigen axınında yavaşlama meydana gəlir.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bu vəziyyət uzun müddət reallaşdığında infarkt başda olmaqla​, bir çox sağlamlıq problemlərinə səbəb olur. Xoruldamaq eyni zamanda damarlarda nazikləşməyə səbəb olur. Həmin damarlar isə zamanla bədəndəki qan axınını yavaşladır. Bu vəziyyət nəticəsində ürək bədənin oksigen səviyyəsini yüksəltmək üçün daha sürətli işləməyə başlayır. Bu səbəbdən infarkt riskini də özü ilə gətirir. Araşdırmalar yüksək səslə xoruldayan insanlarda infarkt riskinin 34% nisbətində artdığını müəyyən edib.

Xoruldama, həm yüksək xolesterola, həm də yuxusuzluğa səbəb olaraq, damarlarınızın tıxanmasına səbəb olur.

Xoruldama tənəffüs sistemində gərginliyə səbəb olur. Bu vəziyyətdə bütün orqanlar çox işləyir. Əzələlər isə bütün hava axınını tutmaq üçün gərginləşir. Nəticə olaraq, nəfəs borusu tıxanır və iltihaba səbəb olaraq, xroniki bronxit meydana gətirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.