Dişləri ağardan sadə və effektli ÜSUL

16 Mayıs 2017
2 243
0
Dişləri ağardan sadə və effektli ÜSUL
Hər kəs sağlam və bəyaz dişlərə sahib olmaq istəyir. Çoxları kimyəvi ağartma üsullarına müraciət edir. Bəziləri isə bu üsuldan yararlanmaq istəmir. Bu halda onlar evdə hazırlanan ağardıcı vasitələri sınaya bilərlər. Feat.Az bu vasitələrdən bir neçəsi ilə sizi də tanış edir.

Zərdəçal

1 çay qaşığı zərdəçalla (sarıkök) eyni miqdarda hindqozu yağını qarışdırın. 2-3 damcı da nanə yağı əlavə edib məcun halına gətirin. Bu qarışımı diş məcunu kimi istifadə edin. Diş minasına lazımi qulluq edəcək, dişlərinizi ağardacaq və nəfəsinizi təravətləndirəcək.

Çiyələk

Bir dənə təzə dərilmiş çiyələyi qaşıqla əzin. Tapa bildiyiniz ən yaxşı dəniz duzunu toz halına gətirin. Çiyələklə qarışdıraraq məcun halına salın. Sonra dişlərinizə bir neçə dəqiqə masaj edərək sürtün. Ağzınızı yaxşıca yuyun. Diş minasına zərər verməmək üçün 2 həftədən bir tətbiq edin.

Limon

Limon suyu ilə duzu qarışdırıb dişlərinizi fırçaladıqdan sonra ağzınızı bu suyla yaxalayın. Bu üsuldan həftədə 2-3 dəfə bəhrələnin.

Reyhan

Təzə reyhan yarpaqlarını əzərək püre halına gətirin. Diş məcunu kimi nizamlı olaraq istifadə edin. Dişlərinizi fırçalamazdan 5-10 dəqiqə əvvəl də tətbiq edə bilərsiniz. Dişləriniz daha sağlam və ağ olacaq.

Çay ağacı yağı

5 damcı 100% təbii çay ağacı yağını yarım stəkan suya tökün. Hər gün dişlərinizi fırçaladıqdan sonra ağzınızı bu suyla durulayın. Bir neçə həftə müddətində fərqi görəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.