Tərzin olar-olmazları və ya dəbli görünməyin qaydaları
Başlayaq gündəlik ziyafət geyimi geyinməkdən. Bu cürə kobud səhvi adətən ofisdə işləyən xanımlar edirlər. Əsasən də, ziyafət geyimi kollektivdə azlıq təşkil edən kişi kolleqanın diqqətini cəlb etmək və ya işdən sonra qohum toyuna, rəfiqənin ad gününə rahat şəkildə yollanmaq üçün geyinilir. Buna görə də işə parıltılı, ipək, atlaz parçalardan geyimlər, ağır makiyajla gəlinir. Bu isə heç doğru deyil. Gündəlik ziyafət geyimindən istifadə səni dəbsiz, zövqsüz qadın kimi qələmə verər bilər.
Brend
Hə bir də, çox qadınlarımızın brend geyinmək kimi “xəstəlik”i var. Onlar düşünürlər ki, başdan-ayağa brend geyinmək onları zövqlü qadın kimi göstərir. Amma bu yanlış düşüncədir. Çünki belə geyinməklə sən eleqantlığı keçək, heç dəbli qadın kimi də ola bilməzsən. Bahalı geyim və məşhur paltar gözəl üslubun sığortası deyil. Başdan-ayağa brend geyinmək əvəzinə, sadəcə cinsini brend geyinib, onu sadə köynək və eleqant çantayla kombin etsən daha dəbli görünə bilərsən. Unutma ki, sadəlik həmişə dəbdir!
Dar şalvar
Dar şalvar nəinki dəb, hətta sağlamlıq baxımından düzgün geyim deyil. Amma yenə də dar şalvarları geyinən xanımlarımız var. Ki, onlar da bu narahat geyimdən istifadə edəndə ən kobud, ətrafdakıları özlərindən uzaqlaşdıran səhvi edirlər. Belə ki, dar şalvarları bədənə oturan, qısa köynəklərlə geyinmək qəti olmaz. Hə, sən model bədəninə sahibsənsə bu, başqa məsələ. Bəs, dar şalvarları necə geyinmək olar ki, zövqsüz xanım kimi görünməyəsən? Deməli, bu tip şalvarları uzun tunik, bu il çox dəb olan uzun sviter, uzun kardiqan kimi enli geyimlərlə kombin etmək daha doğrudur.